Çərşənbə, Yanvar 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Kommunal sektor qış mövsümünə necə hazırlaşır? – AÇIQLAMA

27/10/2021
Kommunal sektor qış mövsümünə necə hazırlaşır? – AÇIQLAMA
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Ötən gündən başlayaraq Azərbaycanda temperaturun kəskin aşağı düşməsi və bir sıra ərazilərdə yağış və qarın yağması müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 25-i günün ikinci yarısından bu gün axşam saatlarına qədər dənizdə Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s, açıq dənizdə 30-32 m/s qədər güclənəcəyi gözlənilir.

Havaların soyuması nəticəsində ölkədə mavi qaza və elektrik enerjisinə olan tələbat kəskin artıb. Bəzi regionlarda isə istehlakçılar “mavi yanacağ”ın təzyiqində azalma müşahidə edildiyini qeyd edirlər.

Məsələ ilə bağlı “Report”un suallarını cavablandıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev təmsil etdiyi qurumun qış mövsümünə hazır olduğunu qeyd edib:

“İlk olaraq onu deyim ki, son dövrlər “Azəriqaz”da “payız-qış aylarına hazırlıq dövrü” deyimi aradan çıxarılıb, istifadə edilmir. Birliyimizin rəhbərliyi tərəfindən konkret tapşırıq qoyulub ki, ilin bütün fəsilləri qışa hazırlığa xidmət eləməlidir. Yəni bir ay qalmış soyuqlar düşəcək deyə tez xətləri yoxlamaq artıq geridə qalıb. Qışda “mavi yanacağ”a tələbat daha çox olduğuna və “Azəriqaz”ın davamlı və təhlükəsiz qaz təminatını həyata keçirmək istədiyinə görə ilin bütün fəsillərində qışa hazırlıq prosesi gedir. İlin bütün dövrlərində daşıyıcı boru xətləri, küçə xətləri daim yoxlanılır, korroziya almış xətlər istismardan çıxarılır, onların yenisi ilə əvəz olunması prosesi gedir. Həmçinin korroziyanın qarşısını alınması üçün rənglənmə, təzyiqlərin sabit saxlanması üçün mexanizmlər qurulur, bır sıra ərazilərdə yeraltı xətlərin yerüstü xətlərlə əvəzlənməsi prosesi gedir. Hansı ki, bu boru xətlərinə nəzarət imkanını bir qədər də artırır”.

“Azəriqaz” sözçüsü qış mövsümünün gəlişi ilə əlaqədar qaz təzyiqində müəyyən problemlərin olmasını istisna etmir:

“Düzdür, keçid dövründə qaz təzyiqi ilə bağlı ara-sıra problemlər yarana bilər. Amma bu vətəndaşların müraciəti əsasında, eyni zamanda “Azəriqaz”ın əməkdaşlarının ərazilərdəki müşahidələrinin nəticəsi olaraq o problemlər üzə çıxdıqca dərhal aradan qaldırılır. Onu da əlavə edim ki, bu vaxta qədər qazın həcmi ilə bağlı “Azəriqaz”ın heç bir vaxt problemi olmayıb. Yəni sabah qış rejiminə keçidlə bağlı rəsmi qərar verilsə “Azəriqaz” İB tam heyətlə, istər işçi qüvvəsi ilə, istərsə də maddi-texniki vəziyyətlə qışa hazırlıq prosesini tam həyata keçirir. Qış rejiminə keçidlə bağlı qərar istənilən an icra olunacaq. İstər qazanxanalara qazın verilməsi, hansı ki, onun hesabına binalar istilik sistemi ilə təmin olunur. İstərsə də fərdi abonentlərin davamlı və təhlükəsiz qazla təmin olunmasında heç bir problem yoxdur. Lokal, xırda problemlər ola bilər. Bu təbiidir. Yaxud da insan faktoru hansısa neqativə imkan yarada bilər. Amma ümumilikdə “Azəriqaz” İB qışa tam hazırdır.

Bizim 104 və 185 saylı çağrı mərkəzlərimiz yüksək səviyyədə çalışır. Bu mərkəzlər vasitəsi ilə vətəndaşlar məlumatlandırılır yaxud vətəndaşın qazın təzyiqi ilə bağlı hər hansı problemi yaranırsa bu çağrı mərkəzləri vasitəsi ilə müraciət edirlər və dərhal qeydə alınaraq aidiyyəti qurumlar həmin problemlə dərhal məlumatlandırılır.

Növbəli şəkildə çalışan qəza xidmətimiz var ki, onlar gecə-gündüz çalışır. Təbii ki, soyuq ayların, qış fəslinin yaxınlaşması bizim bu briqadalarımızın daha intensiv, daha mobil çalışması məsələsini gündəmə gətirir. Bununla da bağlı biz artıq işlərimizi qurmuşuq”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev isə bildirib ki, sözçüsü olduğu qurum qış rejiminə hazırlıq üçün müasir innovativ metodlardan istifadə edir:

“Azərişıq” respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyat keçirib.

Artıq Səhmdar Cəmiyyətdə mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur. Belə ki, həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığından, bu tədbirlər bütün fəsillər üçün keçərlidir.

Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər hələ yay aylarında həyata keçirilmişdir.

“Azərişıq” müasir elektrik enerjisi təchizatı sistemlərini elə formalaşdırır ki, təbiət hadisələri, kənar müdaxilə faktorları istehlakçıların fasiləsiz enerji təminatına daha az təsir etsin. Abonentlərimizin hər hansı bir sualı yaranarsa dərhal 199 qısa nömrəsi ilə Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. 24 saat fasiləsiz xidmət göstərən “Qəza Xidməti”nin operativ müdaxiləsi nəticəsində baş verən nasazlıq xarakterinə görə, uyğun qısa vaxt ərzində aradan qaldırılacaq.

Paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldılması da xüsusi diqqətdə saxlanılır”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına görə, Azərbaycanda qış mövsümünə keçid hər il noyabrın 15-də həyata keçirilir.

Tags: Azəriqaz

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.