Cümə, Yanvar 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İstilik təchizatı obyektlərinin mövsümə hazırlıq tədbirləri başa çatdırılıb

26/10/2021
İstilik təchizatı obyektlərinin mövsümə hazırlıq tədbirləri başa çatdırılıb
2
BAXIŞ
Share on FacebookShare on Twitter

2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

Bu barədə “Report”a qurumun Abonent və Müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində noyabrın 15-dən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının, avtomatika və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.

Tədbirlər planına əsasən 554 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 531 odluq təmir olunub, 931 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1 190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1 810 m2 izolyasiya örtüyü və 925 m2 kərpic örtüyü təmir olunub. İstilik şəbəkələrində 22 779 ədəd siyirtmə və ventil təftiş olunmuş, onlardan 12 916 ədədi əsaslı və cari təmir olunub, 825 ədədi isə yenisi ilə əvəz olunub. Magistral və məhəllədaxili istilik xətlərində 16 732 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11 018 m2 dam örtüyü təmir edilib. Bundan başqa 474 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənib, 590 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 7 ton kationit materialları dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2021-2022-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb. Belə ki, 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılıb, 8 400 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 371 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb.

Bundan başqa 1 893 ədəd qoruyucu klapan və 2 246 ədəd əks klapan, 515 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 2 970 ədəd çirktutan təmizlənib və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km qaz xətti və 485 ədəd qaz kəsici klapan yoxlanılıb, 1 809 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənmiş istismara yararsız olanlar yenisi ilə əvəz olunub.

Cəmiyyətə məxsus 230 qazanxana və istilik məntəqəsində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir.

“Azəristiliktəchizat” ASC tərəfindən ümumilikdə 10 xidmət göstərilir, o cümlədən:

– İstehsal edilmiş isti suyun satışı;

– İstehsal edilmiş istiliyin satışı;

– Abonent məlumatlarının dəyişdirilməsi;

– Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi;

– Borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi;

– Əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması;

– İsti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması ilə bağlı müraciət;

– İsti su sayğaclarının quraşdırılması üçün müraciət;

– İstilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi;

– Qeyri əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə həyata keçirilir.

“Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərinin qarşısının alınması üçün tədbirlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”, – məlumatda deyilir.

Tags: Azəristiliktəchizatistilik təchizatı

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanda istilik tarifləri 50% artırıldı
Azərbaycan

Azərbaycanda istilik tarifləri 50% artırıldı

30/07/2025
“Azəristiliktəchizat” Şuşada yeni qazanxana tikir
Azərbaycan

“Azəristiliktəchizat” Şuşada yeni qazanxana tikir

15/04/2022
Azərbaycanda istilik təchizatı bu gündən dayandırılır
Azərbaycan

Azərbaycanda istilik təchizatı bu gündən dayandırılır

15/04/2022
“Azəristiliktəchizat”: “Bu gündən istiliyin verilməsinə başlanılıb”
Azərbaycan

“Azəristiliktəchizat”: “Bu gündən istiliyin verilməsinə başlanılıb”

15/11/2021
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır
Azərbaycan

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

15/04/2021
Ötən il Azərbaycanda 27 min metr istilik xətti əsaslı təmir olunub
Azərbaycan

Ötən il Azərbaycanda 27 min metr istilik xətti əsaslı təmir olunub

07/02/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.