Cümə axşamı, May 21, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Türkiyə” Gebze Texniki Universiteti ilə tədqiqat sahəsində əməkdaşlığı genişləndirir

28/09/2021
“SOCAR Türkiyə” Gebze Texniki Universiteti ilə tədqiqat sahəsində əməkdaşlığı genişləndirir
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən istiqamətlərdə fəaliyyətini fasiləsiz olaraq davam etdirən “SOCAR Türkiyə” dayanıqlılıq hədəflərində mühüm əlavə dəyər yaradan elmi-tədqiqatlarını (Ar-Ge) və innovativ layihələrini də durmadan genişləndirir.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” tərəfindən Gebze Texniki Universitetinin (GTU) nəzdində yaradılan “SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi” fəaliyyətə başlayıb.

Bu layihə Türkiyənin 4 691 saylı Texnoloji İnkişaf Bölgələri Qanunu çərçivəsində GTU Texnoparkında reallaşdırılacaq. İcrasına ötən il başlanılmış müştərək layihələrin inkişaf etdirələcəyi bu Mərkəzdə universitetin elmi araşdırmaları ilə “SOCAR Türkiyə”nin fəaliyyətinin inteqrasiyası təmin olunacaq, yüksək dəyər daşıyan yeni məhsul və proseslər təkmilləşdiriləcək.

“SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi” universitetdən sənayeyə məlumat axınını asanlaşdırmaqla məhsuldar və dayanıqlı istehsal üçün innovativ layihələr hazırlayacaq. Universitetin təmin etdiyi elmi infrastruktur ilə “SOCAR Türkiyə Ar-Ge”nin təcrübəsinin birləşdirilməsi sayəsində əldə olunacaq innovativ həllər müştəri məmnuniyyəti və ictimai fayda yaratmaqla yanaşı SOCAR-ın rəqabətədavamlı və dinamik inkişafına töhfə verəcək.

“SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” və GTU əməkdaşlığı çərçivəsində həyata keçiriləcək əsas layihələr sırasında neft-kimya məhsullarının istehsalında istifadə olunan katalizatorların analizini həyata keçirən və prototipi təkmilləşdirilən cihazın son variantı ilə bağlı işlərin davam etdirilməsi mühüm yer tutur. Burada həmçinin emal sənayesinin gəlirliliyində mühüm rol oynayan hidrokrekinq qurğusunun modelləşdirilməsi və optimallaşdırılması layihəsi, istehsal sahələrində texniki xidmət və təhlükəli maddə daşınması üçün nəzərdə tutulan avtonom hava nəqliyyatı vasitələrinin, istehsal proseslərində yüksək proqnozlaşdırma gücünü hədəfləyən xüsusi hesablamalı sensorunun layihələndirilməsi və istehsal tullantılarınının qiymətli məhsullara çevrilməsi məqsədini daşıyan layihələr üzərində də işlər davam etdiriləcək. Mərkəzdə istehsal tullantılarının ətraf mühitə təsirini azaldan və təkrar dövriyyəsinə imkan yaradan innovativ layihələr də inkişaf etdiriləcək.

Elm-sənaye əməkdaşlığı daha rəqabətədavamlı bir dəyər yaradacaq

“SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi” vasitəsilə eyni zamanda GTU tələbələrinin layihələri də “SOCAR-Türkiyə” mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və dəstəklənəcək, bəyənilən layihələrin müəllifləri təqaüd və proqram təminatı imkanı qazanacaq. Burada təşkil olunacaq seminarlar tələbələrin sənaye tətbiqləri sahəsində təcrübə qazanmalarına və texniki bazalarını inkişaf etdirmələrinə əlavə töhfə verəcək. Elm-sənaye zəncirindəki bütün maraqlı tərəflər üçün dəyər yaradacaq Proses Sistemləri Mərkəzi dayanıqlılıq layihələri ilə Türkiyə sənayesinin rəqabət gücünün yüksəlməsinə xidmət edəcəkdir.

“Açıq innovasiya modeli vasitəsilə elmi araşdırma təcrübəmizi elm ilə tamamlayırıq”

“SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi”nin açılış mərasimində çıxış edən “SOCAR Türkiyə AR-Ge ve İnovasyon A. Ş.”ın baş direktoru Bilal Quliyev deyib:

“Dayanıqlı inkişaf və strateji transformasiya üçün bu gün bütün dünyanın diqqət mərkəzində olan sahələrin əsasında elmi-tədqiqatlar və innovasiya durur. “SOCAR-Türkiyə” daim bunu diqqət mərkəzində saxlayır, əlavə dəyərli, rəqabətədavamlı məhsulların dayanıqlı istehsalı üçün innovativ həllər yaradan elmi araşdrımalarını ildən-ilə inkişaf etdirir. “SOCAR Türkiyə AR-Ge ve İnovasyon” olaraq bu günə kimi işləyib hazırladığımız layihələrlə istər şirkətimiz, istərsə də fəaliyyət zəncirimizdəki bütün maraqlı tərəflər üçün əlavə dəyər yaratmaqda maraqlıyıq. Gebze Texniki Universiteti ilə ötən ildən bəri davam edən əməkdaşlığımız bu gün açılan yeni mərkəzimizlə daha yüksək səviyyəyə qədəm qoyur. Fikrimizcə, texnoloji bilikləri dayanıqlı inkişaf üçün həll yoluna çevirə bilən cəmiyyətlər gələcəyin ən güclü oyunçuları olacaq. Bu səbəbdən “SOCAR Türkiyə Ar-Ge ve İnovasyon A.Ş.” və Gebze Texniki Universitetinin əməkdaşlığına mühüm əhəmiyyət veririk. Dəstək və töhfələri üçün Universitetə təşəkkür edir, tələbələrimizə və bütün əməkdaşlarımıza uğur diləyirəm. Birgə fəaliyyətimizin dayanıqlı inkişafda, elm-sənaye əməkdaşlığı sinerjisinə çox uğurlu bir model olcağına inanıram”.


Tags: SOCAR TÜRKİYƏ

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

12/05/2023
SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb
Maraqlı Xəbərlər

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

12/05/2023
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”
Azərbaycan

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

21/12/2022
“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb
Maraqlı Xəbərlər

“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb

14/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.