Bu ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 767,4 milyon kVt/st, ixracı 150,6 milyon kVt/st, idxalı 10,5 milyon kVt/st olub.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin yanvar-avqust ayları üzrə Azərbaycanda elektrik enerjisinə dair operativ məlumatlarında bildirilir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 611,2 milyon kVt/st, ixrac 49,1 milyon kVt/st artıb, idxal isə eynilik təşkil edib.