Çərşənbə axşamı, Avqust 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Türkiyə”nin törəmələri qazpaylama avadanlığını 3D ilə istehsal edəcək

26/06/2021
“SOCAR Türkiyə”nin törəmələri qazpaylama avadanlığını 3D ilə istehsal edəcək
5
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Türkiyə” şirkətinin törəmələri “Kayserigaz” və “Bursagaz” müştərək tədqiqat və inkişaf layihəsinə start verib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, etibarlı, ətraf mühitə ziyan vurmayan və iqtisadi cəhətdən səmərəli, təbii qaz xidmətlərini ən yüksək və keyfiyyətli səviyyədə həyata keçirmək məqsədilə “3D Çap Texnologiyaları ilə Təbii Qaz Paylanmasında İstifadə Olunacaq Avadanlıqların İstehsalının Tədqiqatı Layihəsi” reallaşdırılıb.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) icazəsi ilə başlayan işlçərçivəsində təbii qaz paylanmasında istifadə olunan avadanlıq və hissələrin 3D çap texnologiyası ilə istehsalı üçün proqram təminatının hazırlanması planlaşdırılır.

Ertan Yıldız

“SOCAR Türkiyə”nin Təbii Qaz Bölümünün Tarif, İnvestisiya və Səhmdar Münasibətlər üzrə direktoru Ertan Yıldız təbii qaz paylayan şirkətlərin inventarındakı bütün hissələrin üçölçülü çap texnologiyası ilə proqramlaşdırılaraq istehsalını nəzərdə tutan bu layihənin əhəmiyyətli üstünlüklər yaradacağını bildirib: “Yeni paylayıcı şəbəkələrin yaradılması və yaxud mövcud şəbəkələrin yenidən qurulması zamanı çoxlu materialdan istifadə olunur. Bu materialların təchizatında və daşınmasında bəzən problemlər meydana çıxır. Bəzi avadanlıqların xərci çox olur. 3D çap texnologiyası ilə alternativ istehsala başlayaraq daha az məsrəfli, daha sürətli və anbarlara ehtiyac olmadan material təchizatı mümkün olacaq. Şirkətlərin xərcləri azalacaq, yeni şəbəkərlərin yaradılması və mövcud olanların yenidən qurulması müddəti qısalacaq.

3D alternativ çap texnologiyalarından biridir. Bu texnologiya vasitəsi ilə kompyuterdən rəqəmsal olaraq alınan məlumatlar əsasında üçölçülü əşyalar istehsal olunur. Burada material seçimi çoxçeşidli və zəngindir: plastik, metal, keramik, biomateriallardan istifadə olunur. Bundan başqa, fərqli çap proseslərinə malik müxtəlif 3D printerlər var. Bu baxımdan stereolitoqrafik, DLP, püskürtmə/FDM, SDL, EBM çap texnologiyalarını göstərə bilərik. Hətta bu texnologiyalardan istifadə etməklə insanlar ev-məişət əşyalarını və onların ehtiyat hissələrini belə yarada bilərlər. Biz də ehtiyacımız olan hissələri 3D çap texnologiyası vasitəsilə istehsal etməyi planlaşdırırıq”.

Hazırda 3D çap texnologiyası ilə avadanlıq istehsalını ətraflı təhlil etdiklərini bildirən E.Yıldız istehsal olunacaq hissələrin xərcinin infrastruktur qurulması və yaxud xidmət alınması vasitəsilə müəyyən ediləcəyini qeyd edib. Onun dediyinə görə, tədqiqatların sonunda əldə edilən nəticələrə görə çox meyarlı qərarvermə modellərinin istifadə olunduğu, bulud əsaslı hissə təchizatı üçün tövsiyə və informasiya sistemi proqramları təkmilləşdiriləcək, son mərhələdə isə təkmilləşmiş proqram təminatı ilə istehsala başlanılacaq.

Tədqiqat işlərinə tam sürətlə davam edən Kayserigaz-ın işləyib hazırladığı və EPDK tərəfindən təsdiqlənmiş iki fərqli tədqiqat layihəsi də uğurla tamamlanaraq tətbiqə verildi. Təbii qaz sayğaclarının avtomatik oxunması layihəsi artıq reallaşdırılmağa başlandı. “Robot Tədqiqatı və İnkişafı Layihəsi” çərçivəsində isə quruma daxil olan informasiya sorğularına robot vasitəsilə cavab verilməsi üçün yeni bir sistem yaradıldı. Bursagaz ilə birgə hazırlanan bu sistem hər iki şirkətdə istifadə olunur.

“Bursagaz”ın 2019-cu ildə EPDK tərəfindən təsdiqlənən iki fərqli Tədqiqat layihəsi də sona çatmaq üzrədir. Paylayıcı şəbəkələrin istehsal proseslərində daha etibarlı və səmərəli işləməsinə imkan yaradacaq “Kompozit Layihəsi” çərçivəsində polad boruya alternativ olaraq kompozit boru istehsal olunur. Daha davamlı və çevik olan bu borunun istehsalı texniki standartlaşma sınaqlarından sonra tamamlanacaq. Fiziki çatışmazlıqların və çətin şəraitin olduğu hallarda qazın uzaqdan idarə ilə kəsilməsini hədəfləyən “Uzaqdan Qaz Kəsmə Layihəsi” isə pilot tədbirlərin ardınca tətbiqə veriləcək.

Ötən il EPDK-un təsdiqini alan “İkitərəfli Xidmət T Layihəsi” və “Ağıllı Daxili Təsisat Layihəsi” üçün çalışmalar isə davam edir. “İkitərəfli Xidmət T Layihəsi”ndə ikitərəfli xidmət bağlantısının işlənib hazırlanmasında məqsəd şəbəkənin ana xəttində daha az ara vasitənin istifadə olunması, bununla da sızma riskinin azaldılmasıdır. “Ağıllı Daxili Təsisat Layihəsi”ndə isə məqsəd ictimai qurumların qaz təhvili stansiyalarında SCADA sistemindən istifadə etməklə təcili hallarda, yanğın, qaz sızmaları və buna oxşar hadisələr zamanı uzaqdan və ya avtomatik şəkildə qaz təchizatının kəsilərək etibarlı və davamlı qaz təchizatının təmin olunmasıdır”.

Tags: SOCAR TÜRKİYƏ

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

12/05/2023
SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb
Maraqlı Xəbərlər

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

12/05/2023
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”
Azərbaycan

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

21/12/2022
“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb
Maraqlı Xəbərlər

“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb

14/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.