Şənbə, Avqust 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Türkiyə”nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb

05/05/2021
“SOCAR Türkiyə”nin Əliağadakı üç müəssisəsi “Sıfır Tullantı Sertifikatı” alıb
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin İzmirin Əliağa bölgəsində Emal və Neft-Kimya bölməsi tərkibində fəaliyyət göstərən törəmə müəssisələri “Petkim”, STAR Neft Emalı Zavodu (NEZ) və “SOCAR Türkiyə Akaryakıt Depolama A.Ş.” “Sıfır Tullantı Tənzimlənməsi” çərçivəsində bütün tələbləri yerinə yetirərək Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən “Sıfır Tullantı Sertifikatı”na layiq görülüb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Beləliklə hər üç müəssisə tullantı tənzimlənməsi sahəsində müvafiq avadanlıq və sistem infrastrukturunu tamamlayaraq qanunvericilikdə göstərilən tələblərə riayət etdiklərini və tullantıları mənbəyində ayıraraq onların təkrar emaldan sonra iqtisadiyyata geri qazandırıldığını rəsmiləşdirmiş oldu.

Davamlılıq siyasəti çərçivəsində Petkim, STAR NEZ və “SOCAR Depolama” müəssisələrinin istehsal bölmələri üçün tullantıların birgə idarəolunması sisteminin qurulduğunu bildirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri Anar Məmmədov deyib: “Üç şirkətimizdə başlatdığımız Sıfır Tullantı Layihəsi ilə mənbələrin daha səmərəli istifadəsini və tullantıların yerində toplanaraq iqtisadiyyata geri qazandırılmasını hədəfləyirik. Bu istiqamətdə bütün istehsal sahələrimizdə tullantıların idarəolunması sistemlərini və tullantı toplayan maşınlarımızı yenilədik. Tullantıların müvəqqəti saxlandığı sahələri yaxşılaşdırdıq. İl ərzində bütün əməkdaşlarımız üçün təlimlər və maarifləndirmə tədbirləri həyata keçirdik. Görülən işlər nəticəsində SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsi tərkibində fəaliyyət göstərən istehsal müəssisələrində təkrar emal həcmini 32 %-ə qədər artırdıq. Fəaliyyətlərimiz nəticəsində aldığımız Sıfır Tullantı Sertifikatı gələcək işlərimizdə bizə stimul olacaq”.

Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi ilə 2017-ci ildə həyata keçirilən Sıfır Tullantı Layihəsi dayanıqlı inkişaf prinsipləri çərçivəsində tullantıların nəzarətə alınması və gələcək nəsillərə təmiz bir Türkiyənin, yararlı bir dünyanın ötürülməsi məqsədini daşıyır. Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Sıfır Tullantı Tənzimlənməsi meyarlarına əməl edən şirkət və qurumlara 5 il müddətinə qüvvədə olan Sıfır Tullantı Sertifikatı verilir. Bu sertifikatın alınmasından sonra növbəti 12 ay ərzində gümüş, qızıl və platin sıfır tullantı sertifikatı üçün müraciət etmək olar. SOCAR Türkiyə Emal və Neft-Kimya bölməsinə daxil olan istehsal müəssisələri növbəti il ərzində gümüş, qızıl və ya platin sıfır tullantı sertifikatı üçün müraciət etməyi planlaşdırır.

Tags: SOCAR TÜRKİYƏ

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

12/05/2023
SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb
Maraqlı Xəbərlər

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

12/05/2023
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”
Azərbaycan

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

21/12/2022
“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb
Maraqlı Xəbərlər

“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb

14/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.