Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

CEPI üzvlərinin növbəti görüşü keçirilib

04/05/2021
CEPI üzvlərinin növbəti görüşü keçirilib
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (CEPI) üzvlərinin onlayn formatda görüşü keçirilib.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, tədbirdə “Equinor” şirkətinin ölkə üzrə meneceri Favad Qureyşi, BP-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Kazmunayqaz” şirkətinin vitse-prezidenti Kayrat Saktaganov və “Total EP Absheron” şirkətinin rəsmi nümayəndəsi Adil Babayev iştirak ediblər.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, CEPI-nin İcra Komitəsinin sədri Rəfiqə Hüseynzadə görüşü açaraq, təşəbbüs çərçivəsində indiyədək görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, CEPI-nin əsas fəaliyyət istiqaməti Xəzər regionunda ekoloji tarazlığa təhlükə yaradan fəaliyyətlərin qarşısının alınması, “Sıfır karbon hədəfləri”nin (NetZero) mümkün iqtisadi şərtlərlə dəstəklənməsi, Xəzər bölgəsində aparılan neft və qaz əməliyyatları zamanı ekoloji dayanıqlığın təşviq edilməsidir.

R. Hüseynzadə öz çıxışında Qaradağ rayonunda yerləşən Sərəncə istehsalat ərazisində bir neçə ekoloji layihənin həyata keçirilməsini təklif edib. Sərəncə məntəqəsinin istifadə təyinatı, coğrafi yerləşmə amili, habelə iqlim zonallığı nəzərə alınmaqla buradakı mövcud diizel generatorlarının ekoloji cəhətdən daha təmiz və effektiv olan qaz-turbin generatorları ilə dəyişdirilməsi fikri görüş iştirakçıları tərəfindən ekoloji cəhətdən daha təmiz texnologiyalara keçid baxımından müsbət qarşılanaraq yüksək dəyərləndirilib, gələcəkdə layihənin həyata keçməsi imkanlarının daha təfərrüatlı müzakirəsi, qiymətləndirilməsi haqqında qərar qəbul olunub.

Tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində tətbiq olunan yeni texnika və texnologiyalarla tanışlıq, habelə təcrübə mübadiləsinin aparılması məqsədi ilə CEPI-yə üzv şirkətlərin istehsalat ərazilərinə qarşılıqlı səfərlərin təşkil olunması planlaşdırılıb. Görüşdə ətraf mühitin qorunması istiqamətində CEPI çərçivəsində təbliğat-təşviqat işlərinin gücləndirilməsi məqsədilə kitab, jurnal, elmi məqalə və s. materialların nəşrinin nəzərdə tutulması, habelə istehsalat ərazilərində ağacəkmə kampaniyalarının keçirilməsi, yaşıllaşdırma işlərinin aparılması haqqında da qərarlar qəbul edilib.

Tədbirin sonunda cari ilin 1-11 noyabr tarixlərində Birləşmiş Krallığın Qlazqo şəhərində keçiriləcək COP26 beynəlxalq konfransında CEPİ-yə üzv şirkətlərin nümayəndələrinin iştirakının nəzərdə tutulduğu bildirilib.

Xatırladaq ki, CEPİ öz fəaliyyətinə 14 sentyabr 2020-ci il tarixində Bakı şəhərində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (Caspian Environmental Protection Initiative – CEPI) yaradılmasına dair SOCAR, “KazMunayGaz”, BP, “Total E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında Anlaşma Memorandumunun imzalanması ilə başlayəb.

Tags: BP AzərbaycanSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.