Bu il Qazaxıstan iqtisadiyyatının bərpası daxili istehlak və neft qiymətlərinin artmasından asılı olacaq. Bu barədə “Renaissance Capital” investisiya şirkətinin Rusiya və MDB üzrə baş iqtisadçısı Sofiya Donets mətbuat konfransında məlumat verib
Onun sözlərinə görə, 2021-ci ildə Qazaxıstanın Ümumi Daxili Məhsulunun 5,3% artacağı gözlənilir.
“2020-ci ildə telekommunikasiya, tikinti, istehsal və kənd təsərrüfatı kimi sektorlarda artım dinamiklərini müşahidə etdik. Bu sektorların bu il də belə bir dinamik göstərəcəyini gözləyirik, xidmət sektorunda isə postpandemiya dövrü ilə əlaqədar xeyli artımı proqnozlaşdırırıq”, – deyə iqtisadçı bildirib.
Onun fikrincə, iqtisadi canlanma həm xarici, həm də daxili amillərə söykənəcəkdir. Daxili amillər arasında məişət istehlakının dinamik şəkildə bərpası xüsusi ilə seçiləcək.
Müsbət xarici amillərdən əsası isə neft qiymətlərindəki artım və Qazaxıstanda neft hasilatı həcmindəki artım olacaq. Örtən il Qazaxıstanda neft hasilatı OPEC+ öhdəlikləri çərçivəsində 5 milyon ton azalmışdı.
“Martın 4-də OPEC+ çərçivəsində bu ilin aprelində hasilatla bağlı qəbul edilən qərtarlardan ən çox qazanan Rusiya və Qazaxıstan olacaq, çünki hasilat kvotalarını artırmaq məhz bu ölkələrə nəsib olub”, deyə Donets izah etdi.
Xatırladaq ki, yeni OPEC + öhdəliklərinə görə, Qazaxıstan və Rusiya aprel ayından başlayaraq hasilatı müvafiq olaraq gündə 20 və 130 min barel artırmaq imkanı əldə edirlər.
Xatırladaq ki, 2020-ci ilin yekunlarına görə, Qazaxıstan iqtisadiyyatı 2,6% çökmə nümayiş etdirmişdi. Cari ildə Dünya Bankının proqnozuna görə Qazaxıstan iqtisadiyyatı 2,5% artmalıdır. Bu ilin yanvarında Qazaxıstan iqtisadiyyatında eniş 4,5%-ə çatıb.
Caspian Barrel