Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın OPEC+ çərçivəsində apreldəki hasilat kvotası müəyyənləşdi

04/03/2021
Azərbaycanın OPEC+ çərçivəsində apreldəki hasilat kvotası müəyyənləşdi
14
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan 1 aprel tarixindən gündəlik olaraq neft hasilatını 595 min barel səviyyəsindən yuxarı aşmamalıdır.

Azərbaycan “OPEC plus” ölkələri nazirlərinin martın 4-də keçirilən 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib.

Caspian Barrel AR Energetika nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan bu dəfə də pandemiyadan irəli gələn qeyri-müəyyənliklər şəraitində neft bazarında müsbət dinamikanın qorunub saxlanması məqsədilə “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft istehsalçılarının konsensus əsasında fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də risklərin aradan qalxmadığını vurğulayaraq bildirib ki, tənzimləmə prosesinə ehtiyatlı yanaşma öz aktuallığını saxlayır: “Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox movcud qlobal konyuktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır.”

 Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin  gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barrel təşkil edəcək.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı.

Bu çərçivədə “OPEC plus” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel azaldılmasına qərar verilmişdir.

Tags: hasilatOPEC

Eyni kateqoriyadan Digər materiallar

“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?
Azərbaycan

“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?

22/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.