Şənbə, May 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Məşvərət Şurasının son iclasının yekunlarına dair həmsədrlər bəyanat verib

12/02/2021
Məşvərət Şurasının son iclasının yekunlarına dair həmsədrlər bəyanat verib
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının yekunlarına dair həmsədrlərin mətbuat üçün birgə bəyanatı olub

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasın həmsədrləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, həmçinin, qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi tərəfindən birgə bəyanat verilib.

Bəyanatda deyilir:

“2021-ci il 11 fevral tarixində videokonfrans formatında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 7-ci iclası Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı strateji enerji tərəfdaşlığını təsdiq edir, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını və Azərbaycandan Avropa İttifaqına qaz təchizatının başlanmasını alqışlayır. Bu tarixi nailiyyət 3500 km uzunluğunda dəyər zənciri boyu hökumətlər, beynəlxalq təsisatlar, maliyyə-kredit təşkilatları, hasilat və nəql sistemlərinin operatorları, podratçı şirkətlər, icmalar və yerli hakimiyyət orqanları arasında möhkəm əməkdaşlıq əsasında qurulub;

Biz Cənub Qaz Dəhlizini Azərbaycan Respublikasındakı “Şahdəniz” yatağından qazın Avropaya təhlükəsiz, etibarlı və rəqabət qabiliyyətli tədarükünü təmin edən mühüm yeni ötürücü sistem kimi qəbul edirik. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, Avropa enerji bazarına inteqrasiyasının daha da asanlaşdırılmasına, Cənubi və Mərkəzi Avropadan keçən qaz şəbəkələrinin əlaqələndirilməsi ilə bağlı fəaliyyətə töhfə verən strateji hədəfə xidmət edir;

Avropaya qazın şaxələndirilmiş, sabit, təhlükəsiz şəkildə tədarükünü təmin etmək və daha böyük iqtisadi tərəfdaşlıq imkanlarından faydalanmaq məqsədi daşıyan Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə bağlı uzunmüddətli öhdəliyin yerinə yetirilməsində Azərbaycan Respublikası Hökumətinin fundamental rolunu vurğulayırıq;

Biz Cənub Qaz Dəhlizinin texniki, tənzimləyici və kommersiya imkanlarına əsaslanan yeni enerji bazarlarına doğru genişlənmə potensialının araşdırılmasına yönəlmiş bütün maraqlı tərəflərin, o cümlədən karbonsuz enerji sisteminə keçid istiqamətində irəliləyişlərinə töhfə verəcək Qərbi Balkan ölkələrinin səylərini dəstəkləyirik”.

Tags: bəyanatCənub Qaz DəhliziMəşvərət Şurası

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı
Azərbaycan

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı

29/02/2024
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
ABŞ Dövlət Departamenti rəsmiləri Azərbaycan Energetika nazirliyinin nümayəndə heyətini qəbul edib
Azərbaycan

ABŞ Dövlət Departamenti rəsmiləri Azərbaycan Energetika nazirliyinin nümayəndə heyətini qəbul edib

21/02/2024
Almaniya Cənub Qaz Dəhlizinin genişləndirilməsini təklif edir
Maraqlı Xəbərlər

Almaniya Cənub Qaz Dəhlizinin genişləndirilməsini təklif edir

24/11/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.