Bazar, Avqust 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Energetika naziri bu il qarşıda duran vəzifələrdən danışıb

26/02/2021
Energetika naziri bu il qarşıda duran vəzifələrdən danışıb
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə dair videokonfrans formatında kollegiya iclası keçirilib

“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə. əvvəlcə xalqımızın qan yaddaşına çevrilən Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Xocalı qurbanlarının xatirəsi yad edilib.

Bildirilib ki, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış şanlı qələbə ilə beynəlxalq ədalətin bərpasına nail olunub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Vətən naminə canından keçmiş şəhidlərimiz dərin hörmət və hüznlə anılıb və Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Kollegiya iclası 2020-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə dair müzakirələrlə davam edib.

İclasda neft-qaz, elektronergetika, enerji səmərəliliyi, energetika sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, tənzimləyici mühitin inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə 2020-ci ildə görülmüş işlərə dair nazirliyin aparatının müvafiq struktur bölmələrinin, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin hesabatları dinlənilib.

Daha sonra iclasda icra intizamı, vətəndaş müraciətlərinə baxılması məsələləri müzakirə edilib.

Yekunda kollegiyanın sədri, energetika naziri Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaşıl enerji məkanının yaradılması, həmçinin işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi, dövlət proqramlarının icrası, beynəlxalq əməkdaşlıq, icra intizamının daha da gücləndirilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və digər məsələlərlə bağlı nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verib.

Tags: hesabatPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.