Bazar, Mart 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ötən il Ukrayna Azərbaycandan 32 min ton bitum alıb

22/01/2021
Ötən il Ukrayna Azərbaycandan 32 min ton bitum alıb
3
BAXIŞ
Share on FacebookShare on Twitter

2020-ci il ərzində Azərbaycan Ukraynaya 32 min ton bitum ixrac edərək bu ölkənin bitum bazarının 2,7 % payına sahib olub

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “A-95” Konsaltinq Qrupunun məlumatında deyilir.

Bildirilir ki, 2020-ci ildə Ukrayna bazarına tədarük edilən bitumun həcmi bir il ərzində 84,6 % artaraq 1 mln 188,4 min ton təşkil edib.

Belə ki, Ukrayna neft emalı zavodlarında bitum istehsalı 50,3 % artaraq 329,7 min ton təşkil edib. 2019-cu ildə bu rəqəm 219,3 min ton olub. Əsas həcmləri “Ukrtransnafta” şirkətinin Kremençuq neft emalı zavodu istehsal edib ki, bu şirkət də bazara 319 min ton məhsul çıxarıb.

Ukrayna neft emalı zavodlarının payı 27,6 %, idxalın payı isə 72,4 % təşkil edib. İl ərzində bitumun idxalı iki dəfə və ya 427,8 min ton arataraq 860,2 min ton təşkil edib.

Qeyd edilir ki, bitumun Ukraynaya əsas tədarükçüsü Belarus olub. Bu ölkədən Ukraynaya 582,6 min ton bitum ixrac edilib ki, bu da 2019-cu ilin göstəricilərindən 77 % və ya 253,7 min ton çoxdur. Bununla da Belarus Ukrayna bitum bazarının yarısını əlində saxlaya bilib.

Polşa da Ukraynaya bitum ixracını 45,2 min tondan 134 min tona qədər artıraraq Ukrayna bitum bazarının 11 % payına sahib olmaqla ikinci olub. 2019-cu ildə Polşanın Ukrayna bitum bazarındakı ümumi payı 7 % idi.

Ötən il ərzində Ukrayna Yunanıstandan 35,6 min ton, Türkiyə 31,1 min ton, İtaliya – 19 min ton, İspaniya – 10,3 min ton bitum idxal edib. Bu ölkələrdən Ukraynaya idxal edilən bitum dəniz yolu ilə gətirilib. İl ərzində ölkəyə 23 tanker bitum gətirilib ki, dəniz tədarükü də ümumi idxal payında 12 % təşkil edib.

Tags: AzərbaycanbitumUkrayna

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.