Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Dostluq” layihəsi xarici investorlar üçün cəlbedicidir

23/01/2021
“Dostluq” layihəsi xarici investorlar üçün cəlbedicidir

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1611408505993","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1611408505955","source":"other","origin":"gallery"}

5
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanması ölkəmizin neft-qaz strategiyasının inkişafında çox böyük əhəmiyyət daşıyır”

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Bu tarixi bir hadisədir və onun təməli hələ ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə qoyulub. Məhz həmin zaman kəsimində Xəzər dənizində yeni yataqlar kəşf olundu. Həmin dövr neft emalı, neft-kimya sənayemizin yenidən qurulması və modernləşdirilməsində dönüş mərhələsi oldu. Belə ki, həmin vaxta kimi istifadə olunan texniki vasitələrlə dənizin ancaq 40 metr dərinliyində işləmək mümkün idi. Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar – qazma qurğuları, borudüzən gəmilər və digər ən son çağırışlara cavab verə biləcək texniki vasitələr gətirildi.

Bu, dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaratdı. Nəticədə “Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz” yataqları aşkar edildi. Bunların davamı olaraq artıq müstəqillik illərində “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ilk dəfə Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açdı. Bunun məntiqi davamı kimi “Dostluq” yatağı göstərilə bilər”.

Onun sözlərinə görə, yatağa “Dostluq” adının verilməsi təssadüfi deyil və böyük rəmzi məna daşıyır.

“Zəngin neft-qaz ehtiyatlarına malik olan bu yatağın “Dostluq” adlandırılması Azərbaycanla Türkmənistan arasında dostluğun və qardaşlığın bariz nümunəsidir. Bu həmdə tarixi etnik-dini ənənələri özündə ehtiva edən qarşılıqlı əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlişinin göstəricisidir. Yatağ hələ SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da iki ölkənin dəniz sərhədində yerləşdiyi üçün uzun illər onun işlənməsi mümkün olmayıb.

Bu mənada memorandum Xəzər dənizinin dibinin bölünməsinə dair dialoqun və əməkdaşlığın möhkəmklənməsinə də böyük töhvə verəcək. Sənəd Azərbaycanın Xəzəryanı ölkələrlə konstruktiv dialoq və əməkdaşlıq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. O, Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə böyük təkan verəcək”.

Ekspert hesab edir ki, bundan sonra Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsi istiqamətində yeni imkanlar yaranacaq: “Sənəd regionda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsi istiqamətində böyük potensial daşıyır. O, eyni zamanda Azərbaycanın tranzit ölkə statusunu əhəmiyyətli dərəcədə artırır. Bununla da ölkəmizin regional haba çevrilməsinə mühüm tövhə vermiş olur. Yatağın istismarından gələn gəlirlər daha geniş sosial xarakterli layihələrin icrasını təmin edəcək. İşğaldan azad olunmuş torpaqlarda quruculuq və bərpa işlərini sürətləndirəcək. Ölkəmizin xarici iqtisadi risklərə qarşı immunitetinin möhkəmlənməsini təmin edəcək”.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb.

Tags: Dostluq layihəsixarici investorlar

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.