Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda analoqu olmayan sürtkü yağı istehsalına başlanılıb

24/01/2021
Azərbaycanda analoqu olmayan sürtkü yağı istehsalına başlanılıb
15
BAXIŞ
Share on FacebookShare on Twitter

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti tərəfindən dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edilir

YTP-dən verilən məlumata görə, texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunda dünyada ilk dəfə olaraq bu müəssisənin mütəxəssisləri tərəfindən təklif olunmuş yeni texnologiya – sulfatlaşmış heyvani və bitki yağları əsasında hazırlanan Solidol-J, Qrafit və Litol-24 sürtküləri istehsal edilir.

Yüksək keyfiyyətli göstəricilərə uyğun olaraq hazırlanan bu məhsullar təbii yağ turşularının kalsium sabunu ilə hidratlaşdırılmış orta özlüklü neft yağlarının qarışığından əldə olunduğu üçün ekoloji cəhətdən zərərsizdir.

Solidol-J mülayim iqlim qurşağı üçün nəzərdə tutulan aşınmaya davamlı, ümumi məqsədlər üçün istifadə edilən sürtkü yağıdır. Litol-24-ün əvəzləyicisi olan bu yağ kənd təsərrüfatı texnikasının mexanizmlərində, maşınların kobud sürtünmə hissələrində, əl alətlərinin və aksesuarlarının vintli və zəncirli ötürücülərində, eləcə də zəif sürətli ötürücülərdə tətbiq edilir.

Sintetik solidola bənzəyən, yaxşı özlülük temperatur xüsusiyyətlərinə malik, saxlama zamanı az sıxılan, dağılma zamanı sərtləşməyən bu məhsul, -25-dən +65 °С-dək temperatur intervalında daha çox effektivlik göstərir, aşağı temperaturda yetərincə güclü mexanizmlərdə istifadə edilir.

Zavodun istehsal etdiyi digər məhsul – Qrafit sürtkü yağı ağır yüklü, yavaş hərəkətli mexanizmlərin sürüşmə hissələrində traktor və maşınların ressor və suspenziyalarında, açıq dişli valların sürtünən hissələrinin yağlanmasında geniş istifadə olunur.

Nəqliyyat vasitələrinin, sənaye mexanizmlərinin, elektrik avadanlıqlarının sürtünən və fırlanan diyircəkli yastıqların yağlanması üçün isə zavodun istehsal etdiyi Litol-24 sürtkü yağı istifadə edilir.

banker

Tags: SolidolSürtkü yağları

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanda dizel yanacağınin istehsalı 20% azalıb
Azərbaycan

Azərbaycanda dizel yanacağınin istehsalı 20% azalıb

15/12/2017
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.