Cümə, Noyabr 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

TAP ilə Avropaya hidrogen nəqli Azərbaycana nə vəd edir?

11/12/2020
TAP ilə Avropaya hidrogen nəqli Azərbaycana nə vəd edir?
0
BAXIŞ
Share on FacebookShare on Twitter

“Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təbii qazla yanaşı, hidrogenin nəqli üçün də uyğun olması mövcud infrastrukturun perspektiv imkanlarının göstəricisidir”

Bunu “Report”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban deyib.

“Avropa yaxın oniliklərdə qaz ixracı üzrə əsas bazarımız olacaq. Bu mənada “köhnə kontinent”in perspektiv prioritetləri baxımından hidrogen gələcəyin enerjisi adlandırıla bilər. Belə ki, Avropa 2050-ci ilə kimi atmosferə atılan karbohidrogen tullantılarının səviyyəsini sıfıra salmağı, eyni zamanda da hidrogen iqtisadiyyatı qurmağı hədəfləyir”

İ.Şaban hidrogenin super təmiz enerji olmasına diqqət çəkib: “Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu gün dünyada istehsal olunan hidrogenin əsas hissəsi təbii qazdan alınır. Bu zaman atmosferə karbon qazı ifrazı baş verdiyindən ekoloji cəhətdən təmiz sayılmır. Lakin hidrogen həm də adi sudan elektroliz metodu ilə alınır. Əgər onun istehsalında bərpa olunan enerjidən istifadə olunursa, karbon emissiyası olmur və bu cür metod ekoloji cəhətdən təmiz sayılır. Sonuncu metod Avropa İttifaqının yeni enerji siyasətinə tam şəkildə cavab verir”.

Məsələnin iqtisadi tərəfinə toxunan ekspert qazdan hidrogen alınmasının mövcud texnologiyalar çərçivəsində kommersiya baxımından o qədər də sərfəli olmadığını vurğulayıb.

“Qazdan alınan hidrogen sudan alınandan daha baha başa gəlir, yəni rentabelliyi aşağıdır. İndiki halda bu məhz belədir. Lakin texniki tərəqqinin bir yerdə durmadığını nəzərə alsaq, 30 ildən sonra onun rentabelliyini artıracaq texnologiyaların ortaya çıxacağı istisna deyil. İstənilən halda hidrogen Avropanın enerji doktrinasında prioritet olduğundan ən azından bu kontinent üçün birmənalı olaraq gələcəyin enerjisi sayıla bilər”, – ekspert əlavə edib.

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Snam” şirkəti bu sahədə birgə tədqiqat və təcrübələr, xüsusən metan və hidrogen qarışığı və onların daşınması barədə bir memorandum imzalayıblar. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu kəmərlə hidrogenin nəqli üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamağı planlaşdırır.

Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi – TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

Tags: hidrogenTAP

Eyni kateqoriyadan Digər materiallar

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

TAP konsorsiumu İtaliyaya qaz tədarüklərinin həcmini açıqlayıb

30/01/2024
Maraqlı Xəbərlər

TAP qaz kəmərinin genişləndirilməsi işləri başlayır

27/09/2023
TAP inauguration in Greece to take place May 17
Azərbaycan

TAP-la artıq 27 mlrd kubmetrdən çox Azərbaycan qazı daşınıb

05/09/2023
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.