Şənbə, Mart 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri oldu

24/12/2020
Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri oldu
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Vaqif Əliyev isə “SOCAR Türkiyə” və törəmə müəssisələrində İdarə Heyəti Sədrinin müavini kimi vəzifəsini davam etdirəcək.

“SOCAR Türkiyə” və Qrup şirkətlərindən “Petkim Petrokimya Holding A.Ş.” və STAR neft emalı zavodunun rəhbərliyində yüksək səviyyəli dəyişiklik olub.

SOCAR Türkiye on Twitter: "Yönetim Kurulu Başkanımız Vagif Aliyev: Tüm  Enerjimizle Türkiye'nin Yanındayız https://t.co/2UjjQ2gMcr… "

“Report” xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabr ayından etibarən “SOCAR Türkiyə” ilə yanaşı, şirkətin törəmə müəssisələri olan “Petkim” və STAR NEZ-in İdarə Heyəti sədri vəzifələrini icra etməyə başlayıb.

Türkiyənin ən böyük xarici investoru olan SOCAR-ın Türkiyədəki əməliyyatlarına Rövnəq Abdullayev rəhbərlik etməyə başlayıb. Vaqif Əliyevdən (SOCAR-ın Sərmayələr İdarəsinin rəisi) səlahiyyətləri təhvil alan Rövnəq Abdullayev İdarə Heyətinin sədri seçilib.

Rövnəq Abdullayev hazırda icra etdiyi SOCAR prezidentliyi vəzifəsinə də davam edəcək. Vaqif Əliyevin isə “SOCAR Türkiyə” və törəmə müəssisələrindəki vəzifəsi İdarə Heyəti Sədrinin müavini kimi davam edəcək.

SOCAR Türkiyədəki fəaliyyətlərini genişləndirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qarşıdakı dövrlə əlaqədar biznesin inkişafı planında Türkiyədəki fəaliyyətlərin daha da genişləndirilməsi nəzərdə tutulur. Türkiyə və Avropanın təbii qaz təchizatı təhlükəsizliyinə töhfə verəcək ən mühüm layihələrdən biri olan TANAP-ın da İdarə Heyəti sədrliyini yerinə yetirən Rövnəq Abdullayev SOCAR-ın Azərbaycanın hüdudlarından kənarda ən böyük investisiyalarının yatırıldığı Türkiyə əməliyyatlarına da rəhbərlik edəcək. Rövnəq Abdullayev SOCAR Türkiyə ilə yanaşı, şirkətin nəhəng obyektlərinin yer aldığı “Petkim” və STAR neft emalı zavodunun da İdarə Heyətinin sədri vəzifələrini icra edəcək.

1965-ci ildə Naxçıvanda anadan olan Rövnəq Abdullayev Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirib. 1989-cu ildə Azərbaycan neft sənayesinin rəmzi olan Neft Daşlarında mühəndis kimi əmək fəaliyyətinə başlayan Rövnəq Abdullayev “28 May” NQÇİ-də şöbə rəisi, “Xəzərdənizneftqaztikinti” Trestində baş mühəndis və 1997-ci ildən müdir olaraq çalışıb. 2003-cü ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru olan Rövnəq Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti kimi fəaliyyət göstərir.


Tags: Rövnəq AbdullayevVaqif Əliyev

Eyni kateqoriyadan Digər materiallar

SOCAR Plans to Increase Investment in Innovation, Venture Projects by 2036
Azərbaycan

Rövnəq Abdullayev İqtisadiyyat nazirinin müavini təyin edilib

10/02/2022
Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”
Azərbaycan

Rövnəq Abdullayev: “Azərbaycan-Türkiyə enerji qardaşlığına töhfə verməyə davam edəcəyik”

22/12/2021
Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”
Azərbaycan

Rövnəq Abdullayev: “SOCAR əməkdaşlarının maaşları artırılacaq”

20/12/2021
SOCAR prezidenti Tehranda danışıqlar aparır
İran

SOCAR prezidenti Tehranda danışıqlar aparır

09/12/2021
“SOCAR-STP”nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub – FOTO
Azərbaycan

“SOCAR-STP”nin istehsal imkanları beynəlxalq tərəfdaşlara təqdim olunub – FOTO

19/10/2021
SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb
Azərbaycan

SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb

18/09/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.