Bazar ertəsi, Mart 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“S&P”: Liviya nefti “Azeri Light”ın Avropa bazarında əsas rəqibi ola bilər

18/11/2020
“S&P”: Liviya nefti “Azeri Light”ın Avropa bazarında əsas rəqibi ola bilər
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Liviyada xam neft hasilatının artması dünya bazarında neftə olan tələbatın yüksəlməsi səbəbindən bazarda o qədər də təşviş yaratmayacaq

“Report”un “S&P Global”a istinadən verdiyi xəbərə görə, bunu treyderlər bildirib.

Treyderlərin fikrincə, Liviya gündəlik neft hasilatının gözləniləndən 1 milyon bareldən daha çox artması bazarın strukturuna az təsir edib:

“İlkin nəticələrə görə, Liviyada neft hasilatının gözləniləndən çox artması bazarda panikaya səbəb olmayıb və bazar onu absorbsiya edib”.

Bazar iştirakçıları hesab edir ki, Liviya neftinin dənizdə saxlanması üçün xüsusi bazanın olmaması “Dated Brent”ə (Neftin 10 gündən az müddətə daşınması) cüzi təsir edəcək.

Onlar hesab edir ki, adıçəkilən ölkəyə məxsus nefti Avropa bazarına geri dönməsi ABŞ və Qərbi Afrika xam neftinin bu qitədə satışlarının azalması ilə üst-üstə düşüb.

Silahlı qruplaşmalar arasında atəşkəs elan edilməsi nəticəsində Liviya son 2 ayda neft hasilatını sürətlə bərpa etdi. Sentyabrın əvvəlində gündəlik neft hasilatı 100 min bareldən az olan Liviyada artıq gündəlik neft hasilatı 1 milyon bareli ötüb. Liviya rəsmiləri ilkin açıqlamalarında dekabıra qədər gündəlik neft hasilatının 700 min barel olacağını qeyd etmişdilər”.

Treyderlər qeyd edir ki, tələbatın olması neftin dənizdə saxlanmasına şərait yaratmır və gündəlik artan hasilatı absorbsiya edir:

“Proseslər onu göstərir ki, hasilat getdikcə artacaq və bu bazarın özünü yenidən balanslaşdırmasına şərait yaradacaq”.

Şirin xam neftin aşağı marja və kifayət qədər istehsalına baxmayaraq, Liviya neftinə tələbat yüksəkdir. Bu ölkənin nefti Aralıq dənizi və Şimal-Qərbi Avropada təmizlənsə də, bir hissəsi Çinə daşınır.

Liviya neftinə olan tələbatın digər səbəbi onun Avropadakı emal mərkəzlərinə yaxınlığıdır.

“Liviya neftinin Avropada əsas rəqibi ABŞ-ın WTI, Qazaxıstanın “CPC Blend”, Əlcəzairin “Saxara Blend”, Nigeriyanın “Bonny Light” və Azərbaycanın “Azeri Light” xam neftidir. Məhz Liviya neftinin Avropa bazarına dönməsi bu xam neftləri təzyiq altına qoyur, amma bu təzyiq gözlənilənlərdən daha azdır, çünki Avropanın tələbatı stabil olaraq qalır”.

“Platts”ın məlumatına görə, oktyabrın 4-də ultra-yüngül neft olan “Saharan Blend” 0,65 ABŞ dolları ucuzlaşaraq son 5 ayın həddinə düşüb. Amma noyabrın 13-dən etibarən tədricən bərpa olunub.

Liviyada neft hasilatının artmasına baxmayaraq, OPEC və tərəfdaş ölkələrin nazirlərinin noyabrın 30-u və dekarın 1-də nəzərdə tutulmuş görüşündə neft hasilatının azaldılması ilə bağlı qərara təsir etməyəcəyi qeyd edilir. OPEC+ ölkələri gündəlik 7,7 milyon barel azaltmaqla bağlı qərarını yumşaldaraq bu rəqəmi 5,8 milyon barel/günə düşəcəyi deyilir. Amma onlar da qeyd edir ki, qlobal neft tələbatında dəyişiklik, COVID-19 pandemiyası səbəbindən Avropada qapanmaların artması bu qərara təsir edə bilər.

Liviyada illərdir yaşanan daxili çəkişmələrə görə, bu ölkə OPEC kvotasından kənarda saxlanır, amma indi təşkilat ölkənin bazar payını da nəzərə almaq məcburiyyətindədir.

Ekspertlər hesab edir ki, yanvara görə hasilat 2 milyon barel/günə çatmayacaq: “Bir çox məsələlər indi anlaşılır. OPEC vəziyyətin reallığını dərk edərək sürətli şəkildə uiyğunlaşma məsələsində yaxşı işlər gördü”.

Tags: Azeri LightЛивия

Eyni kateqoriyadan Digər materiallar

Обсуждены наращивание перевозок казахстанской нефти по Каспию
Maraqlı Xəbərlər

İtaliya 2023-cü ildə Azərbaycandan $7,4 milyard dəyərində neft idxal edib

23/02/2024
Azərbaycan neftinin qiyməti 77 dolları ötüb
Azərbaycan

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

16/06/2023
Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb
Azərbaycan

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

18/05/2023
Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşır
Azərbaycan

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşır

23/01/2023
Azərbaycan neftinin qiyməti 91 dolları keçib
Azərbaycan

Azərbaycan neftinin qiyməti 91 dolları keçib

14/01/2023
Azərbaycan nefti bahalaşmaqda davam edir
Azərbaycan

Azərbaycan nefti bahalaşmaqda davam edir

11/01/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.