Cümə axşamı, Mart 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan-Ukrayna bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər

03/11/2020
Azərbaycan-Ukrayna bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyi ilə Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyi arasında onlayn görüş keçirilib

“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə, tədbir bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, həmçinin əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilib.

Tədbirdə Energetika Nazirliyi tərəfindən aparat rəhbəri Zaur Məmmədovun rəhbərliyi ilə, Nazirliyin, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları, qarşı tərəfdən isə Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyinin rəhbəri vəzifəsini icra edən Konstantin Guranın rəhbərliyi ilə qurumun rəhbər müavini və əməkdaşları iştirak edib.

Görüşün əvvəlində Z. Məmmədov sentyabr ayının 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş genişmiqyaslı təxribat, döyüş bölgəsindən kənarda yerləşən şəhər və kəndlərdə Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrinin ağır artilleriya qurğularından və raketlərdən atəşə tutularaq mülki obyektlərdə dağıntı və yanğınlara səbəb olduğu, həmçinin Ermənistan tərəfindən Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığı haqqında məlumat verib.

K. Gura isə öz növbəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həll olunmasına ümid etdiyini bildirib.

Daha sonra, tədbirin gündəliyinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində görülən işlər və həyata keçirilən cari layihələr barədə məlumat verilib. Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət üzrə Dövlət Agentliyi tərəfindən Ukraynada müvafiq sahədə qanunvericilik və dövlət siyasəti, əsas prioritetlər, dövlət tərəfindən sahəyə göstərilən dəstək, bərpa olunan enerji stansiyalarının qoyuluş gücünün artım tendensiyası, sahə üzrə beynəlxalq əməkdaşlıq və s. kimi aspektləri əhatə edən təqdimat nümayiş etdirilib.

report

Tags: AzərbaycanenerjiUkrayna

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.