Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Azəriqaz”: İstixanaların ödənişləri 90%-ə yaxınlaşır

14/10/2020
“Azəriqaz”: İstixanaların ödənişləri 90%-ə yaxınlaşır
4
BAXIŞ
Share on FacebookShare on Twitter

2020-ci il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar növbəti isitmə mövsümü yaxınlaşdıqca borclarının ödənilməsini həyata keçirirlər

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda deyilir ki, ölkədə sahibkarlığın inkişafına “Azəriqaz” da daim dəstək göstərir və pandemiya dövründə yaranmış borcların ödənilməsi üçün bütün mümkün şərait təmin olunur. Belə ki, debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə imkan yaradılır. Bu kimi qarşılıqlı anlaşma üçün müraciət edən sahibkarların sayı da getdikcə artmaqdadır.

Təkcə onu qeyd edək ki, borcların ödənilməsi üzrə ən çox problemli hallarla rastlaşılan Şəmkir Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan rayonlarda fəaliyyət göstərən istixana sahibləri oktyabr ayının birinə olan məlumata görə ümumilikdə 9 milyon manata yaxın borcdan təqribən 800 min manata yaxın olan məbləğin ödənilməsini təmin ediblər. Bu da qısa vaxt üçün, yəni “Azəriqaz” İstehsalat Birliyinin təqribən bir ay bundan öncə onlara etdiyi müraciətdən sonra normal göstəricidir. Hətta onların arasında 248 000, 213 000 min manatlıq borcunu tam ödəyənlər də var. Digərləri isə borclarının bir qismini (98 000, 58 000, 95 000 manat və s. həcmdə) ödəməklə yerdə qalan məbləğin digər hissəsinin “Razılaşma protokolu” tərtib olunmaqla 2020-ci il dekabr ayının birinədək hissə-hissə ödənilməsinə dair öhdəlik götürüblər. Həm borcunu tam, həm də hissə-hissə ödəyən istixana sahiblərinin təsərrüfatlarına qaz açılışı tam təmin edilməkdədir.

Əlavə edək ki, hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 94,6% təşkil edir. Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 73,9% təşkil edir. Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 92,7% təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 89%-ə bərabərdir.

report

Tags: Azəriqaz

Eyni kateqoriyadan Digər materiallar

“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

20/08/2025
Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?
Azərbaycan

Azərbaycanda qazın istehlakı zamanı nə qədər həcm itir?

20/08/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”
Azərbaycan

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

16/12/2024
“Mozdok-Qazıməmməd” qaz kəmərində təmir işləri aparılacaq
Azərbaycan

“Azəriqaz”da rəhbərlik dəyişdi

11/03/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.