Çərşənbə, İyul 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır”

01/10/2020
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov: “Ermənistan Xəzər regionunun təhlükə zonası kimi qalmasında maraqlıdır”
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Almaniyanın Berlin şəhərində keçirilən
“Birinci Xəzər Avropa Forumu”nda “Xəzər regionu və onun qlobal iqtisadiyyatda rolu” mövzusunda videoformatda çıxış edib

Nazir çıxışında zəngin enerji resursları, enerji istehlak edən iki əsas bazar –
Avropa ilə Asiya arasında, kontinental marşrutların kəsişməsində yerləşməsi ilə Xəzər regionunun hər zaman olduğu kimi gələcəkdə də regional və qlobal güclərin geosiyasi maraqları dairəsində qalacağını bildirib. Regionun dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilməsində isə Azərbaycanın müstəsna rolundan bəhs edilib.

“Xəzərin enerji resursları yalnız Azərbaycanın təşəbbüsü olan boru kəmərləri ilə Qərbə yönəldilib. İstismara veriləndən indiyə kimi bu kəmərlər vasitəsilə Azərbaycan mənşəli, təxminən, 515 milyon ton neft, 86 milyard kubmetrdən isə çox
qaz nəql olunub. İlin sonuna kimi Cənub Qaz Dəhlizinin tam istismara verilməsi isə Xəzər regionu növbəti dəfə Azərbaycan vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təminatında mühüm faktora çevirəcək.”

Avropanın Xəzərlə enerji bağlantısının davamlılğını strateji zərurət kimi
qiymətləndirən nazir Azərbaycanın Xəzəryanı ölkələrlə Avropa arasında da mühüm təşəbbüslər üçün etibarlı körpü olduğunu deyib. Bildirilib ki, ötən il Azərbaycanın ümumi ticarət dövriyyəsində Xəzəryanı ölkələrin payı 18 faiz, Avropa İttifaqı ölkələrinin isə payı 39 faizə yaxın olub. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri və infrastrukturları vasitəsilə də regionun qlobal iqtisadiyyatda rolunun möhkəmlənməsinə töhfələr verir. Belə ki, 2020-ci ilin ilk altı ayında daşınmış tranzit yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə Bakı-Tbilisi-Qars dəmir yolu ilə 4,5 dəfə çox, “Şərq-Qərb” dəhlizi ilə 15 faiz artımla 3,5 milyon tondan çox olub. “Şimal-Cənub” marşrutu üzrə yüklərin tranzitinin həcmində isə 13 faiz artım qeydə alınıb. Ümumən, bu ilin 6 ayında Azərbaycan ərazisindən keçən tranzit daşımalarında qeyri-neft sektoru üzrə 33% artım olub.

Nazir Pərviz Şahbazov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin isə regionda sabitlik və təhlükəsizlik üçün böyük təhdid doğurduğunu xüsusilə diqqətə çatdırıb. Ermənistanın son vaxtlar regionu qərblə birləşdirən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu və digər xətlərin keçdiyi Tovuz bölgəsində hərbi əməliyyat təxribatları bunun bariz nümunəsi kimi qeyd edilib: “Sentyabrın 27-dən isə Ermənistan planlaşdırılmış hərbi təxribata əl ataraq növbət dəfə təcavüzkar siyasətinə sadiqliyini nümayiş etdirdi. Ermənistan sülh danışıqları prosesini dayandırmaqla bir daha göstərdi ki, regional inkişaf layihələrindən özünü təcrid seçimində israrlıdır, regionun daim təhlükə zonası kimi qalmasında maraqlıdır. Bütün enerjisini, imkanlarını dünyada inkişafa, sabitliyə yönəldən, nailiyyətlərin davamlılığında maraqlı bir ölkə olaraq bizim əsas istəyimiz problemin sülh yolu ilə həlli, ədalətin təminidir. Ermənistanın bu həqiqəti anlaması üçün 30 illik müddət kifayət qədər böyük bir zaman idi. Lakin Ermənistan ona verilən fürsəti ölkəsi, regionumuz və dünya üçün lazımınca dəyərləndirə bilmədi. Ermənistanın işğalı və təcavüzü davam etdirmək siyasəti isə yalnız Azərbaycana qarşı yönəlməyib, həm də regional inkişaf və təhlükəsizliyi hədəfə alıb. Ona görə də bölgədə təcavüzkarlığın dayandırılmasına çalışmalıyıq.”-deyə, nazir əlavə edib.

Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat xidməti

Tags: Pərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.