Cümə, Yanvar 23, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Trading rəhbəri: neftayırmanın gəlirliyi minimuma düşüb

24/09/2020
SOCAR Trading rəhbəri: neftayırmanın gəlirliyi minimuma düşüb
62
BAXIŞ
Share on FacebookShare on Twitter

Avropada dizel tələbatının 2021-ci ilə qədər bərpa olunma ehtimalı azdır, regiondakı çətinlik çəkən neft emalı zavodları daha çox təzyiq altında qalacaq.

“Report”un məlumatına görə, bunu “Argus”a “SOCAR Trading” şirkətinin icraçı direktoru Məryəm Almaszadə deyib.

Onun sözlərinə görə, hazırda anbarlar doludur, emalın marjası isə çox dar və ya mənfidir.

O qeyd edib ki, tələbatın tezliklə bərpa olunacağını gözləmir və vəziyyət yalnız COVID-19 vaksinin tapılması və hər kəs üçün əlçatan olacağı təqdirdə kəskin dəyişə bilər: “Tələbatın tezliklə bərpa olunacağını gözləyirəmmi? Xeyr, bunu bu il və hətta sonrakı 6-9 ay ərzində görmürəm. Təbii ki, fövqəladə bir şey olmazsa – məsələn, COVID-19 peyvəndi hamı üçün əlçatan olarsa”.

Onun sözlərinə görə, Avropadakı neft emalı zavodları hazırda ciddi problemlərlə üzləşirlər: “Bu cür şəraitdə işləmək mümkün deyil. Bəzilərinin, potensial olaraq daha az inkişaf etmiş neftayırma zavodlarına sahib olanların bazarı tərk etmələrini istisna etmirəm”.

O bildirib ki, SOCAR-ın ticarət qolu olan bu şirkətin xam neft ticarəti üçün mövcud modeli əks etdirərək qlobal inteqrasiya olunmuş neft məhsulları bölməsini yaratmağı nəzərdən keçirir.

M. Almaszadə həmçinin bildirib ki, dünya enerjisinin daha az karbonlu gələcəyə keçməsinə baxmayaraq, “SOCAR Trading”in qısa və orta müddətli perspektivdə neftdə hələ çox potensial görür: “COVID-19 pandemiyası bizi ənənəvi iş rejimimizi dəyişdirməyə məcbur etdi və “Azeri Light” xam neftinin hamısı Asiyaya gedib. Bazar əsaslarının işləmədiyi bir vəziyyətdə, başımıza gələ biləcək ən pis şeyin yüksək konsentrasiya riski olduğunu anladıq”.

O qeyd edib ki, bu gün “SOCAR Trading”in Sinqapur, Amerika və Avropada ofislərinin olması bizə nələrin baş verdiyini çox yaxşı başa salıb: “Bundan əvvəl müxtəlif neft növləri üçün ayrı ticarət şöbələri fəaliyyət göstərirdisə, hazırda şöbələr inteqrasiya olunub. Bunun nəticəsi kimi, potensial müştərilərin hansı neft sortuna ehtiyacı yaranacağı daha yaxşı başa düşülür”.

M. Almaszadə vurğulayıb ki, “SOCAR Trading” həmçinin etiraf edir ki, enerji keçidində LNG və təbii qaz şirkətin ümumi gələcəyində əhəmiyyətli bir rol oynayacaq.

report

Tags: SOCAR Trading

Eyni kateqoriyadan Digər materiallar

Интервью с авторами бестселлера FT о легендарных сырьевых трейдерах
Azərbaycan

SOCAR Tayvana karbondan təmizlənmiş xam neft göndərib

13/06/2022
SOCAR “Rosneft”in yanacağının Ukraynaya tədarükü üzrə operatoru oldu
Azərbaycan

SOCAR “Rosneft”in yanacağının Ukraynaya tədarükü üzrə operatoru oldu

13/05/2021
“SOCAR Trading” Belarusa neft tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb
Azərbaycan

“SOCAR Trading” Belarusa neft tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb

31/12/2020
“SOCAR Trading” “Petronas”dan türkmən neftinin alınması üzrə tenderin qalibi olub
Azərbaycan

“SOCAR Trading” “Petronas”dan türkmən neftinin alınması üzrə tenderin qalibi olub

30/12/2020
SOCAR fevralda Pakistana LNG-ni ən ucuz qiymətə çatdıracaq
Maraqlı Xəbərlər

SOCAR fevralda Pakistana LNG-ni ən ucuz qiymətə çatdıracaq

29/12/2020
“SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub
Azərbaycan

“SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub

14/12/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.