Bazar ertəsi, İyul 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Mayk Pompeo: “ABŞ TAP-ın yunan hissəsinin tamamlanmasını alqışlayır”

29/09/2020
Mayk Pompeo: “ABŞ TAP-ın yunan hissəsinin tamamlanmasını alqışlayır”

January 23, 2020, Bushnell, United States: United States Secretary of State Mike Pompeo applauds after delivering remarks on U.S. foreign policy at the Sumter County Fairgrounds. (Credit Image: © Paul Hennessy/SOPA Images via ZUMA Wire)

3
BAXIŞ
Share on FacebookShare on Twitter

ABŞ və Yunanıstan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunan hissəsinin tamamlanmasını alqışlayır.

“Report”un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo Yunanistanın xarici işlər naziri Nikos Dendias ilə görüşündə bildirib.

Onun sözlərinə görə, iki ölkə qarşıda keçirilməsi gözlənilən Strateji Dialoqda Yunanıstan-Bolqarıstan əlaqələri, Alexandroupolis limanında sıxılmış maye qazının təbii qaza keçirilməsi ilə bağlı inşa edilən anbar layihəsinin müzakirə ediləcəyinə ümid edirlər.

Həmçinin, M. Pompeo ikitərəfli münasibətlərin və bir sıra sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək üçün qarşılıqlı istəklərin olduğunu qeyd edib.

O qeyd edib ki, ABŞ Yunanıstanın Balkan yarımadasında enerji mərkəzi olmağı və Avropanın enerji mənbələrinin şaxələndirməsini təmin etməyi hədəfləyən Yunanıstanla enerji əlaqələrini gücləndirməyi ümid edir: “Rəsmi Afina ABŞ-dan artıq böyük həcmlərdə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edir. Alexandroupolis limanında 2023-cü ilin əvvəlinə qədər Yunanıstan-Bolqarıstan İnterconnector (IGB) boru kəməri ilə Bolqarıstana, oradan isə Mərkəzi Avropaya nəql edilməsi üçün nəzərdə tutulan LNG qazının yenidəbn təbii qaza çevirən saxlama anbarının və üzən qurğunun yaradılması üzrə işlər davam etdirilir.

Həmçinin, M.Pompeo vurğulayıb ki, ABŞ, Yunanıstanın şimalındakı Alexandroupolis və Kavala limanlarını da özəlləşdirməyə maraq göstərib.

Xatırladaq ki, IGB Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. Layihədə BP (operator – 28,8%), “AzSD” (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

report

Tags: Mayk PompeoTAP

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

TAP konsorsiumu İtaliyaya qaz tədarüklərinin həcmini açıqlayıb

30/01/2024
Maraqlı Xəbərlər

TAP qaz kəmərinin genişləndirilməsi işləri başlayır

27/09/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.