Cümə axşamı, İyun 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bu gün OPEC-in yaranmasının 60-cı ildönümüdür

14/09/2020
Bu gün OPEC-in yaranmasının 60-cı ildönümüdür

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1600065477779","source":"other","origin":"gallery","sources":["298229260054211"],"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1600065477806"}

11
BAXIŞ
Share on FacebookShare on Twitter

Uğurlu keçmiş, dayanıqlı gələcək!

Zati-alilləri, həmkarlar və dünyanın sakinləri!

60 il bundan əvvəl bugün inkişafda olan ölkələrin kiçik bir qrupu bəşəriyyətin beşiyi olan İraqın Bağdad şəhərinin Bab Əl- Muazzam bölgəsində Əl-Şaab zalında toplaşdı. Irandan doktor Fuad Ruhani, Iraqdan doktor Tələt Əl-Şabani, Küveytdən Əhməd Səid Omar, Səudiyyə Ərəbistandan Abdullah Əl-Tariki, və Venesueladan doktor Pablo Perez Alfonzo birlikdə tarixin gedişatını dəyişəcək yol xəritəsini müəyyən etdilər. Onlar Neft İxrac edən Ölkələr Təşkilatının – OPEC-in yaradılması barədə qərar qəbul etdilər.

Bu cəsur və nümunəvi addım özündə bir çox şeyi birləşdirdi. Hər şeydən öncə, bu xalqlara və dövlətlərə resursları üzərində suverenlik hüququ verən qanuni bir təşkilat idi. İkincisi, bu qərar dövlətlər arasındakı əməkdaşlıq və dialoqun, ümumi sənaye sahələrinin üzləşdiyi bir çox çətinliklərin aradan qaldırılması üçün ən effektiv yol olduğuna olan
inamımızı ifadə edir. OPEC ölkələr arasında hörmət, bərabərlik, ədalət, şəffaflıq prinsiplərinə sadiq qalmağa davam edir.

Ötən 60 il ərzində OPEC-in inkişaf etməsi faktı OPEC ailəsi üçün böyük qürur mənbəyidir. Bu illər bizim üçün enişli-yoxuşlu keçsə də, çətinliklərlə üzləşsək də, 60 il sonra biz 13 üzv dövlətdən ibarət vahid, hökumətlərarası təşkilata çevrilmişik. Bu təşkilat beynəlxalq enerji sənayesi üçün heç vaxt olmadığı qədər müvafiq, təqdirəlayiq və zəruridir. Son illərdə bizim köməyimiz sayəsində qeyri-OPEC ölkələri tarixi Əməkdaşlıq Bəyannaməsi imzaladı və növbəti mərhələdə ölkələr arasındakı əməkdaşlıq onu daha da gücləndirdi.

Bu tarixi qərar 23 istehsalçı ölkə tərəfindən neft bazarının sabitliyini qorumaq üçün zəruri olan birgə tədbirlərin qəbul edilməsinə şərait yaratdı. COVİD-19 pandemiyasının səbəb olduğu tənəzzülün təsirlərini azaltmaq üçün 2020-ci ilin aprel-iyun aylarında keçirilən görüşlərdə daha çox istehsalçı ölkə bizimlə həmrəyliklərini nümayiş etdirdi. Biz OPEC-in 60 illiyi ilə əlaqədar onun tarixinə həsr olunmuş sənədli film hazırlamışıq və ümid edirik ki, sizin hər biriniz onu izləməkdən zövq alacaqsınız. İraq hökuməti bütün OPEC ailəsini Bağdada bu tarixi hadisəni qeyd etməyə dəvət etdi. Lakin bu tədbir COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təhlükəsizliyi təmin etmək məqsədilə İraqın neft naziri İhsan Əbdul Cabbar İsmayıl və OPEC-in baş ofisi tərəfindən təxirə salındı.

OPEC ailəsinin digər üzvləri bu qərarın insanların sağlamlıq və müdafiəsi üçün önəmli olduğunu başa düşürlər. Biz pandemiyadan sonra Bağdaddakı keçmiş məkanımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. 14 sentyabr 2020-ci il tarixində Katibliyin ofisi bağlı olacaq, bu xüsusi tarix OPEC üçün dövlət bayramıdır və bizim hər birimiz üçün təşkilatın irsini və əsas prinsiplərini əks etdirmək fürsətidir. Buna görə də sizin hər birinizi OPEC günü münasibətilə təbrik edirəm. COVİD-19 pandemiyası bizə müəyyən çətinliklər yaratsa da, yalnız təsisçi üzvlərimizin başladığı işi qəti addımlarla davam etdirərək onları ehtiramla yad edə bilərik.

OPEC haqqında qısa məlumat

Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC (The Organization of the Petroleum Exporting Countries) neft ixrac edən ölkələr – İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə 1960-cı ildə Bağdadda yaradılıb. Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərinə köcürülüb. Hazırda kartelə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır. OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC plus” formatında sıx əməkdaşlıq edir. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Ölkəmiz 2016-cı ildən OPEC+ çərçivəsində təşkil olunmuş görüşlərdə iştirak edir və neft bazarının sabitliyi, neft qiymətlərinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş Əməkdaşlıq Bəyənnamələrinə qoşulur. 2019-cu il martın 17 və 18-də Bakıda OPEC (Əlcəzair, Konqo, İraq, Küveyt, Liviya,Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela) və qeyri-OPEC (Bəhreyn, Bruney, Qazaxıstan, Rusiya) ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-
ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. OPEC bülleteninin 2019-cu il mart sayında isə Azərbaycana xüsusi buraxılış həsr olunub. Bülletendə “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc edilib.

Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat xidməti

Tags: Məhəmməd BarkindoOPEC

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib

10/03/2025
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb
Maraqlı Xəbərlər

OPEC+ çərçivəsində razılaşma 2024-cü ilə qədər uzadılıb

06/10/2022
OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?
Maraqlı Xəbərlər

OPEC+ ölkələrində hasilatın real azalması nə qədər olacaq?

06/10/2022
Maraqlı Xəbərlər

OPEC+ alyansının iclası öncəsi neft bahalaşıb

03/10/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.