Çərşənbə, İyul 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP mühəndislik ixtisasları üzrə təhsilə dəstəyini artırır

24/09/2020
BP mühəndislik ixtisasları üzrə təhsilə dəstəyini artırır

File photo dated 13/10/2011 of the logo outside the BP North Sea Headquarters in Aberdeen as BP has warned that millions of dollars of "fictitious" compensation claims for the 2010 Gulf of Mexico oil spill are putting the company at risk. PRESS ASSOCIATION Photo. Issue date: Thursday May 16, 2013. The group has sought an injunction to stop payouts to companies which its argues are claiming fraudulent or inflated losses from its 8.2 billion US dollar (£5.4 billion) compensation pot. See PA story CITY BP. Photo credit should read: Andrew Milligan/PA Wire

11
BAXIŞ
Share on FacebookShare on Twitter

BP tərəfindən yaradılmış kimya və mexanika mühəndisliyi laboratoriyalarını müasirləşdirməklə Bakı Mühəndislik Universitetinə öz dəstəklərini davam etdirir.

“BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, bu yeni layihəyə laboratoriyaların effektiv fəaliyyəti üçün tələb olunan kimyəvi maddələrin və yeni avadanlıqların alınması və quraşdırılması, habelə kimya mühəndisliyi üzrə vacib bir dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi və nəşri daxildir.

Bu layihə BP və tərəfdaşlarının ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq üçün həyata keçirdiyi daha geniş təhsil proqramlarının bir hissəsidir.

Bəxtiyar Aslanbəyli 

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, yerli universitetlərlə sıx işləyərək onların öz səmərəliliyini artırmasına və tədrisin keyfiyyətinin təkmilləşdirilməsinə dəstək bizim təhsil proqramlarımızın əsasını təşkil edir: “Bəzi universitetlərlə bizim davamlı əməkdaşlığımız və əlaqələrimiz var. Biz Bakı Mühəndislik Universiteti yarandığı ilk günlərdən ona dəstək verməyə başlamışıq. bp müvafiq sahələrdə yerli mühəndislərin yetişdirilməsi üçün yaradılmış və hazırda fəaliyyət göstərən Kimya Mühəndisliyi və Mexanika Mühəndisliyi fakültələrinin təsis edilməsində mühüm rol oynayıb. Universitet tələbələrinin ölkədə dünya standartlarına uyğun təhsil almalarına imkan yaratmaq üçün bp Bakı Mühəndislik Universitetinə ümumilikdə 11 dünya səviyyəli laboratoriya bağışlayıb. Bu labaratoriyalar hazırda da fəaliyyət göstərir və biz onlardan dəyərli tədris və təlim mərkəzi kimi davamlı istifadə olunduğunu görməkdən məmnunuq. Yeni avadanlıqlar və kimyəvi materiallar təchiz etməklə bu laboratoriyaları müasirləşdirə bilməyimiz bizi daha da məmnun edir. Ümid edirik ki, bu dəstək kimya və mexanika mühəndisliyi ixtisasları üzrə universitetin yüksək keyfiyyətli təhsil vermə imkanlarına əlavə töhfə olacaq”.

Layihənin ümumi dəyəri 220 000 manatdan çoxdur. Layihə “Lean Consulting LLC” tərəfindən icra olunur.

Qeyd edək ki, ötən 27 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial sərmayə layihələri həyata keçiriblər. Bu layihələr təhsil və potensialın inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2020-ci ilin birinci yarısında BP və BP-nin operatorluq etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial sərmayə layihələrinə 1,8 mln ABŞ dollarından artıq vəsait sərf edib. Bundan əlavə cari ilin birinci yarısında təkcə bp Azərbaycanda sponsorluq layihələrinə 0,9 mln ABŞ dolları vəsait xərcləyib.

Ümumilikdə, bp və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 mln ABŞ dolları sərmayə qoyub.

report

Tags: BP AzerbaijanBəxtiyar Aslanbəyli

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.