Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

46 yaşında Bakı Ali Neft Məktəbinin tələbəsi oldu

24/09/2020
46 yaşında Bakı Ali Neft Məktəbinin tələbəsi oldu
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən biri də Sarxan Mikayılovdur

“Qafqazinfo”nun məlumatına görə, 1974-cü il təvəllüdlü Sarxan Mikayılov tələbə yoldaşlarının hamısından yaşca böyükdür. 24 il sonra yenidən təhsil almaq istəyinə səbəb çox sürətlə inkişaf edən elmi texniki tərəqqi və daimi dəyişən dünya reallıqları ilə ayaqlaşmaq istəyidir. O hesab edir ki, müasir insan yaşından asılı olmayaraq öz üzərində işləməli, biliklərini təkmilləşdirməli, lazım gəldikdə yeni biliklərə yiyələnməkdən çəkinməməlidir.

1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini qırmızı diplomla bitirən S.Mikayılov hazırda sığorta şirkətlərinin birində Aktuar departamentin direktoru – Məsul aktuari vəzifəsində çalışır. 

2011-2015-ci illlərdə Azərbaycan Maliyyə Nazirliyi və Azərbaycan Aktuarlar Assosasiyasının dəstəyi ilə keçirilən altı mərhələdən ibarət olan “Aktuari kursları”nı müvəffəqiyyətlə başa vurub. 15 illik iş karyerası müxtəlif biznes sahələrini (İT və proqramlaşdırma, metallurgiya, poliqrafiya) əhatə edir. 2011-ci ildən isə sığorta sahəsində fəaliyyət göstərir.

“Karyeramın geri qalan illərini bisnes sahəsində fəaliyyət göstərən şirkətlərin idarəedici orqanlarında təmsil olunmağı, çalışacağım yerə daha çox fayda verməyi və əlbəttə öz biliklərimi daha da təkmilləşdirməyi düşünürəm. Bunun üçün əvvəlki iş təcrübələrimə nə qədər güvənsəm də “Biznes idarəetməsi” üzrə təhsilim olmadığından yenidən təhsil almaq qərarına gəldim. Hesab edirəm ki, idarəetmə nə qədər təcrübə və bacarıqlara əsaslansa da, müasir dövrümüzdə nəzəri biliklərsiz faydalı nəticə əldə etmək, hədəfə çatmaq çox çətindir. BANM-dəki təhsildən əsas gözləntim MBA proqramında tədris olunan fənlərin yüksək səviyyədə tədris olunmasıdır. Bu mənim nəzəri biliklərimin artmasına, təcrübi biliklərimin isə daha da sistemləşməsinə öz töhfəsini verəcəkdir”, – deyə S.Mikayılov söyləyib.

Bakı Ali Neft Məktəbini seçmə səbəbinə gəlincə, o bildirib ki, Bakı Ali Neft Məktəbi ölkədə fəaliyyət göstərən və beynəlxalq standartların tələblərinə cavab verən ali məktəblərin ilk üçlüyündə təmsil olunur.

“Mənim məqsədim də daha keyfiyyətli təhsil almaq olduğundan Bakı Ali Neft Məktəbində təhsil almağa qərar verdim”- deyə Sarxan Mikayılov qeyd edib.

qafqazinfo

Tags: BANM

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın strateji rəhbərləri üçün inkişaf proqramı üzrə təlimlər keçirilib
Azərbaycan

SOCAR-ın strateji rəhbərləri üçün inkişaf proqramı üzrə təlimlər keçirilib

12/05/2023
BANM tələbələri ilə Qarabağın dirçəlişi mövzusunda görüş keçirilib
Azərbaycan

BANM tələbələri ilə Qarabağın dirçəlişi mövzusunda görüş keçirilib

15/10/2022
Rövşən Nəcəf SOCAR-a işə qəbul olunan BANM-ın  məzunları ilə görüşüb
Azərbaycan

Rövşən Nəcəf SOCAR-a işə qəbul olunan BANM-ın məzunları ilə görüşüb

16/07/2022
SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaradılmasının 10-cu ildönümü qeyd olunub – FOTO
Azərbaycan

SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaradılmasının 10-cu ildönümü qeyd olunub – FOTO

22/12/2021
Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var” müsabiqəsinin qalibi olublar – FOTO
Azərbaycan

Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var” müsabiqəsinin qalibi olublar – FOTO

11/10/2021
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Ali Neft Məktəbində
Azərbaycan

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Ali Neft Məktəbində

08/10/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.