Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP payızda D230 dəniz blokunda seysmik tədqiqatların emalını yekunlaşdıracaq

13/08/2020
BP payızda D230 dəniz blokunda seysmik tədqiqatların emalını yekunlaşdıracaq
13
BAXIŞ
Share on FacebookShare on Twitter

BP şirkəti 2020-ci ilin üçüncü rübündə Xəzərin Azərbaycan sektorunda D230 perspektiv blokunda 3D-seysmik tədqiqatların emalını tam başa çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətin mətbuat xidmətindən məlumat verilir.

“D230 perspektiv blokunda 3D-seysmik tədqiqatlar ixtisaslaşmış “Gilavar” gəmisi vasitəsilə 2019-cu il dekabrın sonundan həyata keçirilib və martın 14-də başa çatıb. “CaspianGeophysical” şirkəti işlərin podratçısı qismində çıxış edib. İyunda əldə olunan məlumatların emalının birinci mərhələsi başa çatıb, ari ilin 3-cü rübündə bu proses tam başa çatacaq”, – şirkətdən bildirilib.

BP-nin məlumatına görə, bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq biz D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına başlanacaq.

Öncə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns qeyd edib ki, şirkət D230 blokunda neftin aşkar olunmasına ümid edir. O, bildirib ki, BP-nin D230 blokuna dair böyük gözləntiləri var. “Kəşfiyyat işlərinin uğurlu nəticələri halında burada “ikinci Azəri-Çıraq-Günəşli (AÇG) açıla bilər”, – o vurğulayıb.

SOCAR və BP arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında” saziş 2018-ci il aprelin 26-da imzalanıb. Saziş 2018-ci il oktyabrın 12-də parlamentdə ratifikasiya edilib, noyabrın 13-də isə qüvvəyə minib.

BP 50% iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator kimi çıxış edəcək. İştirak payının digər 50%-i isə SOCAR-a məxsusdur.

BP və və SOCAR 2019-cu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 perspektiv blokunda seysmik tədqiqatlara başlamağı planlaşdırır. 2019-2020-ci illərdə aparılması nəzərdə tutulan seysmik tədqiqatlar 6 ay davam edəcək. Məqsəd Şimali Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.

Seysmik tədqiqatın 100-800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir. Seysmik kəşfiyyat işlərinin yekunları üzrə kəşfiyyat qazma işləri üçün məqsədlər müəyyənləşdiriləcək.

Saziş çərçivəsində işlər 3 mərhələyə bölünüb: ilkin kəşfiyyat, əsas kəşfiyyat, işlənilmə və hasilat. Sazişin qüvvəyə mindiyi andan 24 ayı əhatə edəcək birinci mərhələ çərçivəsində BP (podratçı) müqavilə sahəsində seysmik tədqiqatlar aparmalı, seysmik məlumatların işlənməsi və interpretasiyasını həyata keçirməlidir. Əgər şirkət bu dövr ərzində perspektivli strukturlar aşkar edərsə, o zaman 3 sahəyədək seçim etmək və ikinci mərhələyə keçmək hüququna malikdir.

İkinci mərhələnin reallaşdırılması müddəti 3 il təşkil edəcək. Bu dövr ərzində BP seçilən strukturlarda mehəndis-geoloji tədqiqatlar həyata keçirməli və bu işlərin ətraf mühitə təsirinə dair hesabat tərtib etməlidir.

Əgər podratçı bu dövrdə kommersiya baxımından qiymətli ehtiyatlar aşkar edə və SOCAR-ı məlumatlandırarsa, 6 ay ərzində həmin yataqların işlənilməsi proqramını hazırlamalıdır. Bundan sonra işlənilmə mərhələsinə başlamalıdır. Lakin BP 48 ay ərzində blokdan sənaye hasilatına başlanılması məqsədilə bütün zəruri işləri həyata keçirməlidir.

Müqavilə ərazisinin sahəsi 3197 kvadratmetr təşkil edir. Burada indiyədək kəşfiyyat işləri aparılmayıb. Məhsuldar layların dərinliyi 3000-3500 metrdir. SOCAR neft ehtiyatlarının aşkarlanması baxımından D230 blokunu perspektivli hesab edir.

Hazırda AÇG bloku Azərbaycanda ən iri neft yatağıdır. 2019-cu ildə AÇG-dan 26 mln. ton neft hasil olunub. 

interfax

Tags: BP AzerbaijanD230Xəzər nefti

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.