Cümə, May 23, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BANM qaliblərin adlarını açıqladı

29/06/2020
BANM qaliblərin adlarını açıqladı
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları öz işini yekunlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, onlayn konfranslara BANM-in professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən 100-dək iştirakçı qatılıb.

Konfransın alt bölmələri üzrə ayrı-ayrılıqda  bağlanış mərasimi keçirilib və qaliblər elan olunub.

Bağlanış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib, bütün qalibləri təbrik edərək hər bir iştirakçıya təşəkkürünü bildirib.

Beləliklə, “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının “Mütərəqqi materiallar və polimerlər” bölməsində I yerə Azərbaycan-Fransız Universiteti (UFAZ), II yerə Bakı Ali Neft Məktəbi, III yerə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti layiq görülüb. 

“Neft-qaz və neft-kimya prosesləri” bölməsində  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti I yerin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı II yerin, Bakı Ali Neft Məktəbi III yerin qalibi olub. 

“Ekoloji problemlər və biotexnologiya” bölməsi üzrə I və II yerləri müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti, III yeri isə Bakı Ali Neft Məktəbi və AMEA Neft-Kimya Prosesləri İnstitutu bölüşüb. 

Poster təqdimatında Bakı Ali Neft Məktəbi və AMEA Neft-Kimya Prosesləri İnstitutu I yerdə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə II və III yerdə qərarlaşıb. 

Bundan başqa, “Qazıntı və bərpaolunan enerji” konfransının Neft-qaz mühəndisliyi bölməsinin qalibi Bakı Ali Neft Məktəbi (I, II və III yer) olub.  Belə ki, Ali Məktəbin tələbələri Jalə Məmmədova, Elvin Qaraşlı I yer, Fərdin Vətəni II yer, Türkan Əliyeva və Katib Əliyev isə III yerin sahibi olub.

“Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi – 2020” konfrans çərçivəsində keçirilən   “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı” bölməsi üzrə I və II yerlərdə Bakı Ali Neft Məktəbi, III yerdə isə ADA Universiteti qərarlaşıb.

“Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin problemləri” bölməsi üzrə konfransın qalibi Bakı Ali Neft Məktəbi, II və III yerin sahibi isə AMEA İnformasiya Texnologiyaları İnstitutu olub.

“İnformasiya, Ölçmə, Mexatronika və İdarəetmə Sistemləri” bölməsi üzrə üç yerin qalibi (1, 2, 3) Bakı Ali Neft Məktəbi olub. BANM-in  tələbələri Hacalı Bayramov I, Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli, Şəms Alıyeva II, Fərid Həmidov isə III yerin qalibi olub.
       “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi” adlı konfrans bölməsində  I və II yerin qalibi ADA Universiteti, III yerin sahibi isə Bakı Ali Neft Məktəbi olub.

Ümumilikdə konfranslara Azərbaycanın 15-ə yaxın təhsil müəsissəsindən – ADA, Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız (UFAZ), Bakı Mühəndislik, Xəzər, Sumqayıt Dövlət, Azərbaycan Texnologiyalar universitetlərinin, Milli Aviasiya Akademiyasının, AMEA İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarının, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbə və gənc tədqiqatçıları tezislər təqdim edib. Eyni zamanda, beynəlxalq konfransa İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin və  Çinin Guangdong Texnologiya Universitetinin İdarəetmə Məktəbindən də tezislər təqdim olunub.  

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları onlayn formada təşkil olunub.

Tags: BANMElmar Qasımov

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın strateji rəhbərləri üçün inkişaf proqramı üzrə təlimlər keçirilib
Azərbaycan

SOCAR-ın strateji rəhbərləri üçün inkişaf proqramı üzrə təlimlər keçirilib

12/05/2023
BANM tələbələri ilə Qarabağın dirçəlişi mövzusunda görüş keçirilib
Azərbaycan

BANM tələbələri ilə Qarabağın dirçəlişi mövzusunda görüş keçirilib

15/10/2022
Rövşən Nəcəf SOCAR-a işə qəbul olunan BANM-ın  məzunları ilə görüşüb
Azərbaycan

Rövşən Nəcəf SOCAR-a işə qəbul olunan BANM-ın məzunları ilə görüşüb

16/07/2022
SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaradılmasının 10-cu ildönümü qeyd olunub – FOTO
Azərbaycan

SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaradılmasının 10-cu ildönümü qeyd olunub – FOTO

22/12/2021
Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var” müsabiqəsinin qalibi olublar – FOTO
Azərbaycan

Bakı Ali Neft Məktəbinin tələbələri “İdeya var” müsabiqəsinin qalibi olublar – FOTO

11/10/2021
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Ali Neft Məktəbində
Azərbaycan

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakı Ali Neft Məktəbində

08/10/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
Azərbaycan

Azərbaycan və Moldovanın enerji tənzimləmə qurumları memorandum imzalayıb

21/05/2025
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.