Çərşənbə, Aprel 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Abşeron və Suraxanıda qanunsuz qaz qoşulmaları aşkarlandı

06/06/2020
Abşeron və Suraxanıda qanunsuz qaz qoşulmaları aşkarlandı
1
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azəriqaz” Suraxanı və Abşeron rayonlarında işbazların əməllərini üzə çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, Abşeron rayonunda Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi 1 a ünvanında yerləşən “R+R” Mənzil Tikinti Kooperativinin (MTK) inşa etdiyi binada qazdan qanunsuz istifadə edən mənzillər aşkarlanıb. Bina 2 blok, 66 mənzildən ibarətdir. 55 mənzildə yaşayış mövcuddur.

Həmin binanın yalnız 31 mənzilində qaz sayğacı quraşdırılaraq qeydə alınıb, abonent kodu təyin edilib. Digərlərinə isə qaz açılışı ilə bağlı hər hansı rəy verilməyib. Bu vəziyyətdən istifadə edən bəzi sakinlər kimlərinsə vasitəçiliyi ilə müxtəlif yollarla qaz xətlərinə müdaxilə edərək qanunsuz qoşmalar aparıb. İki fakt binanın fasadından aydın göründüyü üçün tam təsdiqini tapıb. Daha 10-a yaxın mənzildə də belə halların mövcudluğuna dair ciddi əsaslar var. Karantin rejimini əsas gətirərək sakinlərin mənzil baxışına şərait yaratmaması da binada çox sayda qanunsuz qoşulmanın olduğunu deməyə əsas verir.

“Azəriqaz” ünvanı qeyd edilən bina sakinlərindən xahiş edir ki, MTK nəzarətçisi (komendant) ilə əlaqə saxlayıb, mənzillərində qanunsuz qoşulma varsa, həmin xəttin ləğvinə şərait yaratsınlar. Əks halda bu cür vəziyyət təkcə həmin ailə üçün deyil, bütün bina sakinləri üçün təsəvvür edilməyəcək dərəcədə qəzalı durum yarada bilər.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində isə qanunsuz şəkildə qaz xətti çəkilərək 4 fərdi yaşayış evinə qaz verilib. Dövlət Neft Şirkətinə məxsus pay hasilat torpaqlarının ərazisindən qaz xətti çəkilməsi qadağan olunduğu halda, bu işi podratçı təşkilatlardan biri icra edib və nəticədə vətəndaşlar aldadılıb. Başqa yerlərdə layihə əsasında quraşdırılmalı sayğaclar gətirilərək bu ərazidə yaşayan vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, bu cür ərazilərdə daşıyıcı qaz xətləri yaşayış evinin yaxınlığından keçdiyi halda həmin evə qaz verilişinə icazə verilə bilər.

qafqazinfo

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.