Cümə axşamı, İyun 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

ÜDM-i neftdən asılı olmayan neft ölkəsi – Nigeriya

07/05/2020
ÜDM-i neftdən asılı olmayan neft ölkəsi – Nigeriya

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

7
BAXIŞ
Share on FacebookShare on Twitter

Neftə olan tələbatın azalması və əmtəə qiymətlərinin düşməsi səbəbindən Afrikanın ən zəngin iqtisadiyyatlarından biri olan Nigeriyanın gələcəyi təhdid edildi.

“Bloomberg” agentliyinin yazdığına görə, xammal qiymətləri dünya bazarlarında 2020-ci ildə koronavirus pandemiyası və mart ayında OPEC + sazişi üzrə razılığın əldə edilməməsi səbəbindən aşağı düşdü. Bundan sonra xammalın dəyəri XX əsrin sonlarındakı qiymətə qədər azaldı, nəticədə kartel ölkələri və ondan kənar neft gücləri hasilatı azaltmaq üçün yeni bir saziş  imzalamağa məcbur oldular. Mayın 1-OPEC+ öhdəliklərinin həyata keçirilməsi qüvvəyə minib.

Razılaşma nəticəsində neft qiymətləri bərpa olunmağa başladı. Mayın 6-da “Brent” markalı neftin bareli 30 dollarhəddini keçdi. Bununla yanaşı, iqtisadiyyatı  neft ixracından asılı olan Nigeriya üçün çox mürəkkəb vəziyyət hökm sürür.

Belə ki, dünya bazarında Nigeriyanın satdığı neft “Brent” markasından 10 dollar aşağı qiymətə ticarət edilir. Bu, ölkənin büdcə gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olur.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, neftin hazırkı aşağı qiymətlərində 2020-ci il üçün Nigeriyanın dövlət büdcəsinə 26,5 milyard dollar az vəsait daxil olması proqnoz edilir. Müqayisə üçün qeyd edək ki,  2019-cu ildə neft gəlirləri 54,5 milyard dollar səviyyəsində idi.

Vəziyyəti ağırlaşdıran digər amil isə  koronavirus pandemiyasından əvvəl Nigeriya neftinə tələbatın azalması oldu. Şist bumu səbəbindən ABŞ Afrika ölkələrindən, o cümlədən Nigeriyadan neft idxalını azaltdı.

Neftin Nigeriya Ümumi Daxili Məhsulunda (ÜDM) xüsusi çəkisi yalnız 9 faiz təşkil etsə də, onun ixracatı ölkənin xarici valyuta gəlirlərinin 90 faizindən çoxunu təşkil edir.

Bu baxımdan hazırkı neft böhranı Nigeriyaya elə bir ağır zərbə vurdu ki, illərdir BVF-nun kreditlərindən yayınan hökumət ondan 3.4 milyard dollarlıq kredit xətti açmasını xahiş etdi. “Bloomberg” ekspertləri ehtimal edirlər ki, Nigeriyanın daha 3,5 milyard borc alması gözlənilir. BVF-nin proqnozuna görə, 2020-ci ildə ölkə iqtisadiyyatı 3,4 faiz azalacaq. Koronavirus və neft qiymətlərinin aşağı düşməsindən yaranan böhrandan əvvəl Nigeriya ÜDM-nin 2 faiz artacağı gözlənilirdi.

Supporters of Nigeria’s President Muhammadu Buhari, some carrying crude weapons, ride on the back of a truck as they follow a march of others to celebrate his electoral win, on a street in Kano, northern Nigeria Wednesday, February 27, 2019. Buhari on Wednesday defended his sweeping win of a second term as free and fair and appealed to a “common love of country” as his top challenger vowed to go to court with allegations of fraud. (Photo by Ben Curtis/AP Photo)

* Nigeriya Afrikanın həm əhali sayına görə (195 milyon nəfər), həm də iqtisadiyyatın həcminə görə, ən iri ölkəsi hesab edilir. Nigeriyanın ÜDM-i 2019-cu ilin yekunlarına görə, 2,55% artaraq 410 milyard ABŞ dolları təşkil edib. Adambaşına düşən ÜDM 2144 dollar olub. 1 aprel 2020-ci il tarixinə ölkənin valyuta ehtiyatları 33,44 milyard dollar təşkil edib. Nigeriyada neft 1957-ci ildən hasil edilir. Son onillikdə orta günlük neft hasilatı 2 milyon barel təşkil edib (ildə 100 milyon ton), 2020-ci ilin fevralında hasilat 1,8 milyon baelə qədər azalmışdı. Nigeriya həmçinin maye qaz ixacına görə dünyanın altıncı ölkəsi hesab edilir.

Tags: Nigeriya

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.