OPEC 2020-ci ildə Azərbaycanda orta sutkalıq neft hasilatını 700 min barrel səviyyəsində proqnozlaşdırır. Bu barədə kartelin aprel hesabatında qeyd olunur.
“2019-cu ildə Azərbaycanda orta sutkalıq neft hasilatının həcmi 790 min barrel təşkil edib. 2020-ci ildə “Çıraq” yatağında (“AÇG” bloku) platformanın və “Şahdəniz” qaz-kondensat yatağında plana uyğun texniki xidmətlə əlaqədar, həmçinin razılaşdırılan könüllü düzəlişi nəzərə alaraq (OPEC+ sazişi – İF) Azərbaycanda hasilatın sutkalıq 90 min barrel azalması proqnozlaşdırılır və orta hesabla sutkalıq 700 min barrel təşkil edəcək”, – kartel qeyd edir.
OPEC-in mart hesabatında Azərbaycanda 2020-ci ildə orta sutkalıq neft hasilatı 770 min barrel səviyyəsində proqnozlaşdırılıb.
Xəbər verildiyi kimi, 2020-ci il parelin 12-də OPEC və qeyri-OPEC ölkələri videokonfrans zamanı 2020-ci il mayın 1-dən 2022-ci il aprel ayınadək neft hasilatının gündəlik kollektiv şəklində 3 mərhələdə azaldılmasına dair sazişi təsdiq ediblər. Eyni zamanda, birinci mərhələdə (2020-ci ilin may-iyun aylarında) OPEC+ çərçivəsində azalma gündəlik 9,7 milyon barrel təşkil edəcək.
Razılıqlara əsasən, Azərbaycan neft hasilatını kondensat nəzərə alınmamaq şərti ilə 2018-ci il oktyabr ayının göstəricisindən, yəni gündəlik 718 min barreldən azaltmağı öhdəlik götürüb. 2020-ci ilin may-iyun aylarında qeyd olunan rəqəmdən Azərbayca neft hasilatını 23%, yəni gündəlik 164 min barrel – 554 min barrelədək, 2020-ci ilin iyul-dekabr aylarında – 18% və ya gündəlik 131 min barrel – 587 min barrelədək, 2021-ci il yanvardan 2022-ci il aprel ayınadək – 14% və ya gündəlik 98 min barrel – 620 min barrelədək azaltmalıdır.
Öncə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyliyə istinadən məlumat verilib ki, “BP” şirkəti 2020-ci ilin ikinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda “Çıraq” və “Şahdəniz” yatağında “Alfa” platformalarını profilaktik işlərin aparılması məqsədilə dayandırmağı planlaşdırır.
Hazırda AÇG blokunda 6 platformadan, “Şahdəniz” qaz yatağında iki platformadan neft hasilatı həyata keçirilir.