Cümə axşamı, Mart 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft bazarındakı mövcud vəziyyət narahatlıq doğurur

09/04/2020
Neft bazarındakı mövcud vəziyyət narahatlıq doğurur
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Neft bazarının hazırkı inkişafı narahatlıq doğurur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

“Düşünürəm ki, G20-nin enerji nazirlərinin toplantısında bazara ciddi bir siqnal verilməsə, qiymətlər son dərəcə zəif olacaq və aşağı istiqamətli təzyiq davam edəcək. Ölkələr ciddi həmrəylik nümayiş etdirməli və dünya iqtisadiyyatı üçün böyük təhlükə doğuran neft-qaz sənayesinin çökməsinin qarşısını almağa çalışmalıdır. Neft hasilatının gündəlik 10 milyon barrel azaldılması da neft bazarını xilas etmək və tarazlıq yaratmaq üçün yetərli deyil. Çünki tədarük böyük olduğundan bu həcmi üstələmək lazımdır”, – deyə F.Birol qeyd edib.

O bildirib ki, qlobal neft bazarında böyük həcmdə tədarük bolluğu mövcuddur. Bunun birinci səbəbi dünyada neftə olan tələbatın çox aşağı düşməsidir. Qlobal neft tələbatının 60 faizi nəqliyyat sektorunun payına düşür. Hazırda 3,5 milyard insan evlərindən çıxa bilmir və nəqliyyatla bağlı fəaliyyət kəskin məhdudlaşıb. Bu səbəbdən neftə olan tələb azalıb. İkinci səbəb isə, tələbatın azalmasına baxmayaraq, Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalı daha da artırmaq qərarına gəlməsidir. Bu bxımdan artan tədarük qiymətdə ciddi enişə səbəb oldu. Neftin bir barelinin qiyməti hazırda 30 dollar səviyyəsindədir. Lakin bu həftə “OPEC+” üzrə bir qərar verilməyəcəyi təqdirdə qiymətlər daha aşağı düşə bilər. Neft və təbii qaz gəlirlərindən asılı olan ölkələrin iqtisadiyyatında ciddi bir tənəzzül olduğunu görə bilərik. İraq, İran, Əlcəzair və Nigeriya kimi bir çox ölkədə ciddi problemlər görə bilərik. Səudiyyə Ərəbistanı və Rusiya kimi güclü maliyyə ehtiyatlarına sahib ölkələrə bunun təsiri vaxt tələb edir, lakin bu ölkələrdə də prosesin təsiri müşahidə olunacaq.

“Məni daha çox narahat edən məsələ dünyada neftlə əlaqəli sənayedə milyonlarla insanın çalışmasıdır. Digər tərəfdən isə, neft və qaz sənayesi dünya iqtisadiyyatının ciddi dayaqlarından biridir. Əgər bu sektor dağılırsa, çünki mövcud vəziyyət narahatlıq doğurur, bu, çətin vəziyyətdə olan qlobal iqtisadiyyata daha çox mənfi təsir göstərəcək”, – deyə o qeyd edib.

Qeyd edək ki, aprelin 9-da OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək.

G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının və Beynəlxalq Enerji Agentliyinin təşəbbüsü ilə aprelin 10-da isə G20 enerji nazirlərinin videokonfrans formatında fövqəladə iclasının keçirilməsi nəzərdə tutulur. İclasda enerji bazarında sabitliyi təmin etmək üçün atılacaq addımlar müzakirə olunacaq.

azertag.az

Tags: Fatih BirolIEAneft bazarı

Eyni kateqoriyadan Digər materiallar

Brent markalı neftin bir barelinin qiyməti 89 dolları ötüb
Maraqlı Xəbərlər

Brent markalı neftin bir barelinin qiyməti 89 dolları ötüb

02/04/2024
BEA: Avropa hətta sərt qışda da Rusiya qazı olmadan keçinə bilər
Maraqlı Xəbərlər

BEA: Avropa hətta sərt qışda da Rusiya qazı olmadan keçinə bilər

08/06/2022
IEA: “Təbii qaza tələbatın artımı zəifləyəcək”
Maraqlı Xəbərlər

IEA: “Təbii qaza tələbatın artımı zəifləyəcək”

01/02/2022
Avropa və ABŞ neftçiləri üç rübə 145 milyard dollarlıq aktiv silib
Maraqlı Xəbərlər

Avropa və ABŞ neftçiləri üç rübə 145 milyard dollarlıq aktiv silib

29/12/2020
Bərpa olunan enerji istehsalında görünməmiş artım gözlənilir
Maraqlı Xəbərlər

Bərpa olunan enerji istehsalında görünməmiş artım gözlənilir

11/11/2020
Fatih Birol: Virusun “ikinci dalğası” bəzi sənayelərə sarsıdıcı zərbə vura bilər
Maraqlı Xəbərlər

Fatih Birol: Virusun “ikinci dalğası” bəzi sənayelərə sarsıdıcı zərbə vura bilər

27/06/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.