Çərşənbə, May 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 mln manat vəsait köçürüb

22/03/2020
SOCAR AQŞ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 mln manat vəsait köçürüb
6
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR AQŞ Koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə tam dəstək olaraq bu istiqamətdə təşəbbüslərini davam etdirir.

SOCAR AQŞ Prezident İlham Əliyevin martın 19-da Koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi, dünya bazarlarında baş verən kəskin dalğalanmaların əhaliyə, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı imzaladığı fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat məbləğində vəsait köçürüb. SOCAR AQŞ-nin daxil olduğu NEQSOL Holding-in tərkibindəki şirkətlər tərəfindən bu vəsait də daxil olmaqla müvafiq Fonda ümumilikdə 5 milyon manat vəsait köçürülüb.

Bundan əlavə, SOCAR AQŞ əməkdaşları təşəbbüs göstərərək, koronavirusun yayılması ilə mübarizə məqsədilə xaricdən böyük miqdarda qoruyucu maskaların, teplovizorların, dezinfeksiya vasitələri və avadanlıqlarının, test dəstlərinin və süni tənəffüs aparatlarının alınıb gətirilərək müvafiq qurumlara təhvil verilməsi işini təşkil ediblər.

SOCAR AQŞ Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində beynəlxalq təcrübəni əsas tutaraq Dünya Səhiyyə Təşkilatı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə fevral ayından başlayaraq müəssisədə lazımi tədbirlər həyata keçirir. Belə ki, müəssisə rəhbərliyinin əmri ilə Koronovirus pandemiyasına qarşı görülən tədbirlərin gücləndirilməsi  və icrasının nəzarətdə saxlanılması məqsədilə müəssisədə İşçi qrup yaradılmışdır.

Hazırda SOCAR AQŞ  bütün iş sahələrində çalışan işçilərinin, onların ailə üzvlərinin, əməkdaşlıq etdiyi təsisatların, o cümlədən müştərilərinin, podratçılarının və subpodratçılarının sağlamlığının qorunması istiqamətində maarifləndirmə və qabaqlayıcı tədbirləri ardıcıl olaraq həyata keçirir. SOCAR AQŞ həmçinin yaşlı və xüsusi qayğıya ehtiyacı olan əməkdaşlarını və onların ailə üzvlərini belə çətin sınaqda tək qoymur, onların sosial təcridi və təminatı üçün bütün müvafiq tədbirləri xüsusi həssaslıqla həyata keçirir.

Belə ki, bütün iş sahələrində sanitar-epidemoloji vəziyyət ciddi nəzarət altındadır, bütün iş sahələrinə girişlərdə teplovizorlardan istifadə edilir, işçilərin hamısı qoruyucu maska ilə təmin olunub, bütün iş ərazilərində əllərin dezinfeksiyası üçün stansiyalar qoyulub, koronavirusa yoluxmamaq üçün maarifləndirici videotəlimatlar və posterlər hazırlanıb və kollektivin hər üzvünə çatdırılıb, müəssisənin istifadəsində olan bütün iş və məişət sahələrində müntəzəm olaraq müvafiq dezinfeksiya işləri aparılır. Effektiv əlaqələndirmənin təşkili üçün “Qaynar xətt” əlaqə mərkəzi yaradılıb, əməkdaşların iş yerlərinə təhlükəsiz şəraitdə çatdırılmaları üçün müvafiq nəqliyyat vasitələri təşkil edilib, xəstəliyin geniş vüsət almaması istiqamətində ofis işçiləri üçün evdən işləmə rejimi tətbiq olunub, istehsalat sahələrində də yeni iş rejimlərə keçid üçün addımlar atılıb və işçilərin xarici ölkələrə ezam olunması müvəqqəti olaraq dayandırılıb. Bütün daxili və kənar iclaslar müasir texnologiyaların tətbiqi vasitəsilə onlayn rejimdə həyata keçirilir.

Müxtəlif coğrafi nöqtələrdə çalışan istehsalat işçilərimiz və evdən işləyən ofis işçilərimiz arasında ünsiyyətin, birliyin və ruh yüksəkliyinin  bu gərgin dövrdə daha da gücləndirilməsi üçün, SOCAR AQŞ korporativ onlayn radiosu fəaliyyətə başlamışdır.

İnsan Kapitalı bölməsi tərəfindən işçilərimizin inkişaf etdirilməsi üçün video təlimlər davam etdirilir. İnsan Kapitalı bölməsi həmçinin işçilərin və onların ailə üzvlərinin fiziki və psixoloji sağlamlığının qorunması üçün müxtəlif onlayn təşəbbüslər irəli sürür və tədbirlər həyata keçirir.

Qeyd edək ki, müəssisə əməkdaşları və onların ailə üzvləri arasında indiyədək koronavirusa yoluxma halı aşkar olunmayıb. Xəstəliklə mübarizəyə dair tədbirlər planının fasiləsiz icrası məqsədilə müəssisə daxilində yaradılan İşçi qrupu Novruz bayramı günlərində də öz fəaliyyətini onlayn rejimdə davam etdirərək, dövlət tərəfindən həyata keçirilən tədbirlər, müəyyən edilmiş qaydalar və verilən göstərişləri daim izləyir və tətbiqi üçün lazımi addımlar atır. 

SOCAR AQŞ dünyada və ölkədə baş verən müvafiq mürəkkəb çağırışa cavab olaraq həyata keçirilən ümumdövlət və ümumxalq tədbirlərinə öz töhfəsini verir, üzərinə düşən missiyanı ləyaqətlə davam etdirir.

Tags: COVID-19SOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

Maraqlı Xəbərlər

SOCAR Türkiyənin cənub-şərqində 4 neft quyusu qazacaq

25/08/2023
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
Azərbaycan

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09/12/2021
Energetika naziri COVID-19 pandemiyasının ölkənin enerji sektoruna təsirindən danışıb
Azərbaycan

Energetika naziri COVID-19 pandemiyasının ölkənin enerji sektoruna təsirindən danışıb

20/09/2021
“Azəriqaz”ın əməkdaşlarının COVID-19 qarşı vaksinasiyasına başlanılıb
Azərbaycan

“Azəriqaz”ın əməkdaşlarının COVID-19 qarşı vaksinasiyasına başlanılıb

07/04/2021
Dəniz obyektlərində çalışan neftçilərin peyvənd olunmasına başlanılıb
Azərbaycan

Dəniz obyektlərində çalışan neftçilərin peyvənd olunmasına başlanılıb

19/02/2021
SOCAR ixtisarlarla bağlı məsələlərə aydınlıq gətirir
Azərbaycan

SOCAR ixtisarlarla bağlı məsələlərə aydınlıq gətirir

15/12/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.