Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan qazının nəqlini nəzərdə tutan IGB-nin istismar vaxtı məlum oldu

16/03/2020
Azərbaycan qazının nəqlini nəzərdə tutan IGB-nin istismar vaxtı məlum oldu
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycandan Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarının başlanması 2021-ci ilin ikinci rübündə gözlənilir.

Bu barədə Trend-ə “IGB” layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

O qeyd edib ki, interkonnektorun tikintisinə 28 oktyabr 2019-cu ildə başlanılıb və tikinti işləri 18 ay davam edəcək.

T.Georgiyevanın sözlərinə görə, boru kəmərləri bölmələrinin qəbulu və saxlanması üçün nəzərdə tutulmuş ilk boru anbarı, həmçinin Bolqarıstan ərazisində trass düşərgəsi artıq hazırdır və artıq kinci boru anbarı tikilir.

“Bolqarıstanda interkonnektor marşrutu boyunca ərazinin təmizlənməsi davam edir. 26 fevral 2020-ci ilə qədər ümumi uzunluğu 17,682 min metr olan Bolqarıstan sahəsindəki kəmər üçün nəzərdə tutulmuş 1,224 min boru ölkəyə gətirilib”, – icraçı direktor deyib.

O bildirib ki, layihə üzrə əsas tenderlər artıq başa çatıb və müqavilələr imzalanıb.

Qeyd edək ki, IGB interkonnektoru Bolqarıstana “Şahdəniz-2” yatağından əldə edilən Azərbaycan qazını almağa imkan verəcək. IGB “Şahdəniz” yatağının ikinci mərhələsindən qazın Avropa bazarlarına çıxarılacağı TAP ilə birləşdiriləcək.

Birinci mərhələdə qaz kəmərinin ötürücülük qabiliyyəti 3 milyard kubmetr qaz təşkil edəcək ki, bunun da 2,7 milyard kubmetri uzunmüddətli bazarlara, 0,3 milyard kubmetr həcmində qalan pay isə qısamüddətli bazarlara yönəldiləcək.

İkinci mərhələdə bazarın inkişafından asılı olaraq, boru kəmərinin ötürücülük qabiliyyəti əlavə kompressor stansiyası sayəsində 5,3 milyard kubmetrə qədər artırıla bilər ki, bunun da 4,5 milyard kubmetri uzunmüddətli bazarlara, 0,5 milyard kubmetri isə qısamüddətli bazarlara yönəldiləcək.

az.trend.az

Tags: Teodora GeorgiyevaYunanıstan-Bolqarıstan interkonnektoru

Eyni kateqoriyadan Digər materiallar

Bulgartransgaz to open bids for interconnector Turkey –Bulgaria on May 8
Maraqlı Xəbərlər

2018-ci ilin sonuna kimi Yunanıstan-Bolqarıstan interkonnektorun tikintisinə başlanacaq

13/06/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.