Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir

29/02/2020
4
BAXIŞ
Share on FacebookShare on Twitter

2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov fevralın 28-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası toplantısının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib: “Bu gün biz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasını keçirdik və çox səmərəli müzakirələrimiz oldu. Məşvərət Şurası layihə üzrə fəaliyyətin koordinasiyası, qarşılaşılan çətinliklərin birgə müzakirəsi və həlli məqsədilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılıb. Bu format Cənub Qaz Dəhlizinin reallaşmasına töhfələr verib”.

O qeyd edib ki, Cənub Qaz Dəhlizinin üç seqmenti artıq uğurla tamamlanıb. Ötən il TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı olub. Sonuncu hissə TAP üzrə işlərin icra göstəricisi isə 92 faizdir: “Məşvərət Şurasının budəfəki iclası bir növ nailiyyətlərin hesabatı idi. İclasda 13 ölkə, çoxsaylı enerji şirkətləri və maliyyə qurumları iştirak edirdi. Bizim üçün indi əsas hədəf Avropa bazarıdır. Bugünkü müzakirələrdən Avropa Komissiyası, ABŞ, Böyük Britaniya və layihəyə üzv ölkələri səsləndirdikləri mesajlardan bir daha əmin olduq ki, Azərbaycan etibarlı, təhlükəsiz və sabit enerji təchizatçısı kimi qəbul olunur və Avropa səbirsizliklə Azərbaycan qazının qitəyə daxil olmasını gözləyir. İnanırıq ki, layihə üzrə qalan işlər də keyfiyyətlə və vaxtında icra ediləcək. Biz tərəfdaşlarımızla birgə dünya enerji bazarına mənbə və marşrutların şaxələndirilmiş bir nümunəsini töhfə verəcəyik”.

“TAP, həmçinin Cənub Qaz Dəhlizini Cənub-Şərqi Avropa və Balkanlarda planlaşdırılan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB), İon-Adriatik Qaz Kəməri (IAP), eləcə də Rumıniya-Bolqarıstan, BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) ilə əlaqələndirərək, Bolqarıstan, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Avropanın bir sıra digər ölkələri üçün geniş perspektivlər aça və bölgəyə yeni təchizat mənbələrindən yararlanmaq imkanı gətirə bilər. Biz bu gün həmin məsələləri də müzakirə etdik” ,- deyə nazir qeyd edib.

Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borxardt bildirib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və davamlı inkişaf layihəsidir. Bu layihə artıq reallıqdır və öz ilkin faydalarını verməkdədir: “Cənub Qaz Dəhlizi enerji təchizatı, enerji təhlükəsizliyi, mənbə və marşrutların şaxələndirilməsi layihəsidir. Cənub Qaz Dəhlizi konkret ötürücülük gücünə malik kəmər deyil. O, ötürücülük gücü artırıla bilən 3 boru kəmərindən ibarət dəhlizdir. Düşünürük ki, Cənub Qaz Dəhlizinin gələcəkdə miqyası daha da böyüyəcək və o səmərəli bir dəhliz kimi fəaliyyət göstərəcək”.

İtaliyanın İqtisadi İnkişaf Nazirliyində Dövlət Katibi xanım Alessandra Todde deyib ki, İtaliyanın cənubunda TAP-ın mikrotunelinin inşası tamamlanıb, Adriatik dənizində boruların düzülməsi işləri görülür. İtaliyada boru kəmərinin tikintisində də irəliləyişlər var. İtaliya hökumətinin TAP layihəsinə yüksək dəstəyi var. İtaliyanın mövqeyini ondan ibarətdir ki, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi baxımından həm təchizatçılar, həm də istehlakçılar üçün bir şaxələndirmə mənbəyidir.

azertag.az

Tags: Cənub Qaz DəhliziTANAPTAP

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq
Azərbaycan

2026-cı ilə qədər TAP qaz kəmərinin emissiyaları 5% azaldılacaq

21/05/2025
SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Швейцарская AXPO выходит из проекта TAP
Maraqlı Xəbərlər

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

24/02/2025
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı
Azərbaycan

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı

29/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.