Şənbə, Sentyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bu il SOCAR-ın “Şahdəniz” və CQBK üzrə dividendləri 75,6 mln dollarla 195,2 mln dollar arasında dəyişə bilər

25/01/2020
SOCAR yeni törəmə şirkət təsis edib
27
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın cari ildə “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə dividendləri 75,6 milyon dollarla 195,2 milyon dollar arasında dəyişə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, 2020-ci ildə SOCAR-ın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə təbii qazın ixracından əldə edəcəyi dividendlər neftin qiymətindən asılı olaraq 75,6 milyon dollarla 195,2 milyon dollar arasında dəyişə bilər. Belə ki, neftin bir barreli 40 dollara başa gəldikdə SOCAR-ın “Şahdəniz” üzrə dividendləri 28,3 milyon dollar, 50 dollar/barrel olduqda 88,1 milyon dollar, 60 dollar/barrel təşkil etdikdə 147,9 milyon dollar ola bilər. Neftin qiymətindən asılı olmayaraq şirkətin CQBK üzrə dividendləri 47,3 milyon dollar təşkil edəcək. Beləliklə də, neftin bir barrelinin qiyməti 40 dollar olduqda SOCAR-ın hər iki layihə üzrə ümumi dividendləri 75,69 milyon dollar, 50 dollar/barrel olan zaman 135,4 milyon dollar, 60 dollar/barrel təşkil etdikdə isə 195,2 milyon dollar ola bilər.

Eyni zamanda, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu (ARDNF) və Dövlət Neft Şirkəti arasında imzalanmış Razılaşma Protokoluna uyğun olaraq məbləğindən asılı olmayaraq SOCAR bu vəsaitin 55 faizini ARDNF-ə köçürəcək. Belə ki, neftin bir barrelinin qiyməti 40 dollar olan zaman Dövlət Neft Fonduna ödəmələr 41,6 milyon dollar, 50 dollar/barrel təşkil etdikdə 74,5 milyon dollar, 60 dollar/barrel olduqda isə 107,3 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

Cənubi Qafqaz Boru Kəməri isə 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. Genişləndirilmiş boru kəməri (CQBKG) isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda başlayıb. CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

Tags: Cənubi Qafqaz Boru KəməriŞahdənizSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.