Cümə axşamı, Oktyabr 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ-nin Ankara ofisinin açılışı olub

19/10/2019
SOCAR AQŞ-nin Ankara ofisinin açılışı olub
14
BAXIŞ
Share on FacebookShare on Twitter

Açılış mərasimində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

Oktyabrın 18-də SOCAR AQŞ-nin Ankara ofisinin açılış mərasimi olub. Mərasimdə rəsmi şəxslər, diplomatlar, iş adamları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə rəmzi lent kəsilib.

SOCAR AQŞ-nin Ankara ofisində ilk tədbir 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilib.

Əvvəlcə SOCAR AQŞ-nin baş direktorunun müşaviri Sənubər Nəzərova Azərbaycanın neft sənayesi tarixi, dənizdə neftçıxarma, neftçı kadrların hazırlanması, o cümlədən təmsil etdiyi qurumun yaranması, iş istiqamətləri, məqsəd və vəzifələri, Türkiyədəki fəaliyyəti barədə geniş məlumat verib.

Sonra Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar, SOCAR AQŞ-nin baş direktorunun müşaviri Tofiq Məmmədov və digərlərinin çıxışları olub.

Səfir Xəzər İbrahim bildirib ki, SOCAR AQŞ-nin Ankara ofisinin 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günündə açılması özündə böyük rəmzi məna əks etdirir. Çünki müstəqilliyimizin qorunmasında və ölkəmizin hərtərəfli inkişafında neft strategiyası tarixi əhəmiyyət daşıyır. Səfir diqqətə çatdırıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündə qəbul olunan qərarlar, qurumun sıralarının genişlənməsi və digər mühüm məqamlar türk dünyasının birliyinin möhkəmlənməsinə, o cümlədən Türk Şurasına üzv ölkələrin milli şirkətlərin fəaliyyətinin yüksəlişinə böyük təsir göstərəcək.

SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev qeyd edib ki, Azərbaycan hökuməti məqsədli şəkildə sənayesini moderləşdirmək strategiyası həyata keçirir və milli şirkətlərin ölkə xaricində fəaliyyət göstərməsinə əsaslı zəminlər yaradır. Rəhbərlik etdiyi qurumun fəaliyyətindən geniş bəhs edən baş direktor bildirib ki, SOCAR AQŞ iş imkanlarını cəmləşdirərək, eyni zamanda, Türkiyədəki biznes tərəfdaşları ilə bir yerdə çalışmaq üçün qardaş ölkədə başladığı layihəni müvəffəqiyyətlə başa çatdıracaq.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivar çıxışında Azərbaycanın neft strategiyasının ortaya çıxardığı iqtisadi layihələrə, perspektivdə olan məsələlərə geniş yer verib. Natiq, Azərbaycan, ölkəmizin iqtisadi inkişafı, iki qardaş ölkənin tarixi münasibətlərinin dinamik vəziyyəti barədə xoş ifadələr səsləndirib. O, deyib ki, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından tutmuş son günlər baş verən bütün proseslərdə xalqlarımızın nümayiş etdirdiyi birlik əbədiyyətə qədər davam edəcək.

Baş direktorunun müşaviri Tofiq Məmmədov SOCAR AQŞ-nin fəaliyyətini yüksək dəyərləndirərək bayram təbriklərini bölüşüb. O qeyd edib ki, SOCAR AQŞ-nin peşəkar və vətənpərvər kollektivi Türkiyədəki fəaliyyəti ilə göstərilən etimadı tam şəkildə doğruldacaqdır.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının uğurlarından, reallaşan və perspektivdə olan beynəlxalq iqtisadi layihələrdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, o cümlədən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb. Qeyd olunub ki, Azərbaycan neft sənayesi ölkəsi olmaqla bərabər güclü neftçi kadrları ilə də dünya iqtisadiyyatının inkişafına töhfələr verib. Ayrı-ayrı ölkələrdə karbohidrogen ehtiyatların kəşf edilməsində Azərbaycan neftçilərinin misilsiz xidmətləri vardır. Dövlət müstəqilliyimiz münasibətilə səmimi təbriklərini çatdıran natiqlər SOCAR AQŞ-nin fəaliyyətinə uğurlar arzulayıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Tags: SOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

Maraqlı Xəbərlər

SOCAR Türkiyənin cənub-şərqində 4 neft quyusu qazacaq

25/08/2023
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
Azərbaycan

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09/12/2021
Director of Large Drilling Company in Azerbaijan Replaced
Azərbaycan

SOCAR AQŞ MMC-yə yeni baş direktor təyin edilib – RƏSMİ

27/10/2020
“SOCAR-AQŞ”nin direktoru dəyişib
Azərbaycan

“SOCAR-AQŞ”nin direktoru dəyişib

27/10/2020
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Azərbaycan

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

22/09/2020
Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ
Azərbaycan

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

02/09/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.