Cümə, Yanvar 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

CNPC-nin “Cənub Pars 11” layihəsindən imtina etməsinin səbəbləri

12/10/2019
CNPC-nin  “Cənub Pars 11” layihəsindən imtina etməsinin səbəbləri
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Çin ABŞ sanksiyalarından çəkinir, yoxsa ABŞ-Çin ticarət müharibəsi səngimək üzərədir?

Çinin dövlət neft şirkəti CNPC İranın “Cənub Pars” (dünyanın ən böyük qaz yatağı) yatağı üzrə “11-ci Faza” layihəsini tərk etdi.

Səbəb kimi ABŞ-ın İrana qoyduğu sanksiyaları qeyd etdi.

Adəti üzrə, xüsusilə də, ABŞ-Çin ticarət müharibəsi fonunda, Çinin sanksiyalara (nə qədər) məhəl qoyub-qoymayacağı, yəni İranla marağında olduğu iqtisadi münasibətləri (nə qədər) məhdudlaşdırıb-məhdudlaşırmayacağı, maraq doğururdu.

Məsələn, ABŞ-ın qoyduğu sanksiyalara görə, Fransanın “Total” qaz şirkəti “Cənub Pars” layihəsini artıq 2018-ci ilin 20 avqust tarixində rəsmən tərk edib. Ötən lin iyununda “11-ci Faza”nın işlənməsi üzrə imzalanan müqavilə onu nəzərdə tuturdu ki, əgər Fransa şirkəti hər hansı bir səbəb üzündən layinə tərk edərsə, onda CNPC onun payına sahib olmaq hüququ var. Hadisələrin inkişafı isə göstərdi ki, Çin şirkəti nəinki layihənin operatoru olmağa can atmadı, gələcək fəaliyyətində layihədə heç səhmdar kimi qalmaq fikrindən də vaz keçdi.

Bu qədər gözləyib indi çıxmağın isə iki səbəbi ola bilər. Birincisi, CNPC başa düşdü ki, ABŞ ona da sanksiya qoya bilər. Çünki keçən ay ABŞ iki Çin şirkətinə artıq sanksiya tətbiq etdi. Bununla ilk dəfə idi ki, ABŞ Çin dövlət şirkətlərinin sanksiyadan sığortalanmaq fikrini aradan qaldırırdı. Güman ki, bunu görən CNPC ABŞ-ın sanksiyalarına tuş gəlməmək üçün İranın cəlbedici qaz layihəsindən çıxmaq qərarına gəldi.

İkincisi, ABŞ-Çin ticarət müharibəsi səngimək (yumşaqlıqla bağlı bəyanatlar artıq özünü hiss etdirir) üzrədir. Ya tərəflər bir-biri ilə artıq dil tapmağa başlayıblar və bəzi məsələlərdə razılaşıblar ki, İran məsələsi də onlardan biridir. Yəni, artıq Çin ABŞ-la razılışab ki, İran məsələsində onun mövqeyini dəstəkləyəcək. 10-11 oktyabrda baş tutan ABŞ-Çin ticarət danışıqlarının növəti raundunun nəticəsi kimi də biz bunu qeyd edə bilərik. Prezident Donald Tramp bildirib ki, Vaşinqton və Pekin ikitərəfli ticarət mübahisələrini həll etmək üçün “əhəmiyyətli bir mərhələyə” daxil olublar. “CNBC”  telekanalı hesab edir ki, bu mərhələ artıq ticarət sazişinin imzalanması deməkdir. Ağ Ev rəhbəri, öz növbəsində, razılaşmanın üç həftədən sonra yekunlaşdırılacağını və noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısı ilə başa çatacağını qeyd edib.

Öz növbəsində ABŞ Maliyyə Nazirliyinin rəhbəri Stiven Mnuçin ABŞ-ın gələn həftədən Çin mallarına rüsum artırılması ilə bağlı addım atmayacağını bəyan edib. “Rüsumlarda 30 faizlik artım olmayacaq”, deyə maliyyə naziri bildirib.

Görünən isə budur ki, Çin ABŞ-la bağlı münasibətlərdə ziddiyyətli məsələləri azaltmaq istəyir. Çünki ortada yüz milyardlarla dollar dəyərində olan kommersiya maraqları var. Bu maraqlar isə Çin iqtisadiyyatının aparıcı qüvvəsidir. Bir İran layihəsindən çıxmaqla, hətta onun masştabı nəhəng olsa belə, Çin iqtisadiyyatına zərər yetməz, amma ABŞ-la münasibətlərin gərginləşməsindən çox şey itirmək mümkündür ki, onun bərpa edilməsi sonradan xeyli zaman və əmək hesabına reallaşarsa belə, ancaq fantastik kapital qoyuluşu da tələb edər.

Bir şeyi nəzərə almaq lazımdır ki, indiki dövrdə siyasi güclərin atdığı addımlar ideoloji hədəfə deyil, iqtisadi maraqlara tuşlanıb.

Ariz Hüseynov

Xüsusi olaraq Caspian Barrel üçün

Tags: CNPCCənub ParsTotalИран

Eyni kateqoriyadan Digər materiallar

Çinin İran neftinə qayıdışının mənası
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
Ermənistan üçün Rusiya qazının qiyməti 2024-cü ildə dəyişməyəcək
Rusiya

Ermənistan üçün Rusiya qazının qiyməti 2024-cü ildə dəyişməyəcək

18/12/2023
Rusiya İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb
Rusiya

Rusiya İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb

12/04/2023
Азербайджан увеличил продажи газа за рубеж на 32 %
İran

Azərbaycan İran üzərindən gündəlik 7 mln kubmetr türkmən qazı alır

11/03/2023
İran

İranın gündəlik neft hasilatı 3 milyon barrelə yüksəlib

21/12/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.