Şəfəq-Asiman üzrə kəşfiyyat qazma layihəsinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.
Bunu Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi BP elan edir.
BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş aşağıdakı ünvanda və tarixdə keçiriləcək:
“HOLIDAY INN” mehmanxanası (Kövkəb Səfərəliyeva
küçəsi 5, Bakı, Azərbaycan, AZ 1010), “Moskva” zalı,
11 sentyabr 2019-cu il
10:00 – 12:00
Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək.
5 avqust 2019-cu il tarixindən etibarən ƏMSSTQ sənədinin layihə variantının nüsxələri (və rəy formaları) ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
- BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
- M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
- Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
- Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a
- Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyov küç., 5; Qoqol küç., 2
- Libraff Kitab Mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku)
- Bakı Ali Neft Məktəbinin kitabxanası: Bakı şəhəri, Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)
Bundan əlavə, sənədin tam versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) BP-nin
vebsaytında yerləşdirilib:
BP bütün maraqlananları ƏMSSTQ sənədinin layihə variantı ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər görüş ərzində, www.bp.com/caspian vebsaytına daxil olmaqla və ya [email protected]
elektron ünvanına məktub göndərməklə təqdim edilə bilər.
Əlavə məlumat üçün BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova
ilə əlaqə saxlaya bilərsiniz:
E-poçt: [email protected]
Tel.: (012) 4046919 və ya (055) 2259013