Cümə, Oktyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakı-Qroznı kəmərinin təmiri neft nəqlinə təsir etməyəcək

29/08/2019
Bakı-Qroznı kəmərinin təmiri neft nəqlinə təsir etməyəcək
161
BAXIŞ
Share on FacebookShare on Twitter

Bakı-Qroznı magistral neft kəmərinin Dağıstan ərazisindəki hissəsində aparılacaq yenidənqurma işləri 2020-ci ilin ikinci yarısında başa çatacaq.

Bu barədə “Report”a Rusiyanın “Chernomortransneft” şirkətindən bildirilib. Qeyd edilib ki, neft kəmərinin yenidən qurulması üçün müvafiq dövlət ekoloji ekspertizası müsbət rəyi verib, tikinti-quraşdırma işlərinə bu ilin noyabr ayından başlanması nəzərdə tutulur.

Həmçinin layihə çərçivəsində görüləcək işlərin neft kəmərinin normal fəaliyyətinə təsir göstərməyəcəyi qeyd olunub. Məlumata görə, yenidənqurma işləri çərçivəsində kəmərin nəqletmə gücü artırılmayacaq.

Qeyd edək ki, Bakı-Qroznı magistral neft kəməri ilə bağlı sözügedən layihə çərçivəsində Dağıstandakı “Andreyaul” respublika əhəmiyyətli ərazilərdə ekoloji riskləri minimuma endirmək məqsədi ilə yasaq olan yerlərə düşən kəmərin 1684,5 metr hissəsi əvəzlənərək uzunluğu 1787,5 metr olan yeni kəmər döşənməlidir.

Rusiyanın “Transneft” dövlət şirkətinin törəmə müəssisəsi olan “Chernomortransneft” şirkəti Şimali Qafqaz regionuna aid üç inzibati bölgə və üç respublika ərazisində fəaliyyət göstərir.

Caspian Barrel xatırladır ki, Rusiya Federasiyası Hökumətinin 6 may 2015-ci il tarixli 816-r Sərəncamına əsasən, Qroznı-Bakı magistral neft kəmərinin yenidən qurulması 2022-ci ilə qədər başa çatdırılacaq, boru kəmərinin əksər hissəsi Dağıstanda təmir ediləcək.

Tags: Bakı-NovorossiyskBakı-Qroznı

Eyni kateqoriyadan Digər materiallar

Rusiya

SOCAR iyulun 17-dən Bakı-Novorossiysk neft kəməri ilə ixracı bərpa edəcək

16/07/2020
Rusiya ilə Azərbaycan neftinin nəqli bərpa edilir
Rusiya

Rusiya ilə Azərbaycan neftinin nəqli bərpa edilir

30/05/2019
SOCAR Bakı-Novorossiysk kəməri ilə neft nəqlini 56% artırıb
Azərbaycan

SOCAR Bakı-Novorossiysk kəməri ilə neft nəqlini 56% artırıb

04/03/2019
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.