Çərşənbə, Fevral 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanda dövlət şirkətlərinin rəhbərləri BONUS alacaqlar

11/06/2019
Azərbaycanda dövlət şirkətlərinin rəhbərləri BONUS alacaqlar
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Nazirlər Kabineti səhmlərinin nəzarət paketi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə BONUS (mükafat) ödənişinin verilməsi qaydasını təsdiqləyib.

Картинки по запросу бонус зарплате

FED.az xəbər verir ki, bu qayda hüquqi şəxslərin fəaliyyətinin nəticələri əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə əlavə hesablanmış bonusun verilməsi prinsip və qaydalarını müəyyən edir. Sözügedən qaydalar səhmlərinin 51 və daha artıq faizi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlərə aiddir.

Hüquqi şəxslərin idarəetmə orqanları dedikdə, Müşahidə Şurası, Direktorlar Şurası, kollegial (yəni İdarə Heyəti) və təkbaşçı (yəni direktor və ya baş direktor) icra orqanı nəzərdə tutulur.

Bu şəxslər rəhbərlik etdikləri şirkətin fəaliyyətindən və nəticələrindən asılı olaraq əlavə hesablanmış ödəniş – bonus alacaqlar. Qərara əsasən, bonuslar idarəetmə orqanları üzvlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət etməlidir.

Bonusun məbləği isə şirkətin uğurlu nailiyyətlərilə bağlılıq təşkil edəcək. Eləcə də, bonuslar hesablanarkən idarəetmə orqanlarının üzvlərinə qarşı ayrı-seçkiliyə (diskriminasiya) yol verilməməsi.

Qaydalara görə, şrkətin fəaliyyətini qiymətləndirmək və bonus ödənişlərini hesablamaq üçün şirkətin Ümumi Yığıncağı tərəfindən Bonus Komitəsi yaradılır.

Üzvlərinin sayı 3 nəfər olan Bonus Komitəsi  Müşahidə Şurasının (Direktorlar Şurası) üzvləri və kənar şəxslərdən təşkil oluna bilər.

Müşahidə Şurasının (Direktorlar Şurası) üzvlərinə ödəniləcək sabit bonus məbləği Müşahidə Şurasının (Direktorlar Şurası) üzvlərinin tutduğu vəzifələri və komitələrdə iştirakları nəzərə alınmaqla, Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.

Qaydalara görə, idarəetmə orqanlarının üzvlərinə bonus ödənişi xalis mənfəət hesabına həyata keçirilir. Hüquqi şəxs xalis mənfəət əldə etmədiyi illərdə idarəetmə orqanlarının üzvlərinə bonus ödənilmir.

Nizamnamə kapitalına və illik dövriyyəsinin həcminə görə  iri, orta və kiçik hüquqi şəxslər aşağıdakı kimi təsnifləşdirilir:

– nizamnamə kapitalının məbləği 100 milyon manatdan artıq və ya illik dövriyyəsinin həcmi 500 milyon manatdan artıq olan hüquqi şəxslər – iri hüquqi şəxslər;

– nizamnamə kapitalının məbləği 1 (bir) milyon manatdan artıq və ya illik dövriyyəsinin həcmi 10 milyon manatdan artıq olan hüquqi şəxslər – orta hüquqi şəxslər;

– nizamnamə kapitalının məbləği 1 (bir) milyon manata qədər və ya illik dövriyyəsinin həcmi 10 milyon manata qədər olan hüquqi şəxslər – kiçik hüquqi şəxslər.

Hüquqi şəxslərin idarəetmə orqanlarına veriləcək bonus məbləği paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan iri, orta və kiçik hüquqi şəxslərin xalis mənfəətinin müvafiq olaraq 3 faizindən, 7 faizindən və 10 faizindən yüksək olmamalıdır.

Kollegial icra orqanının rəhbərinə və üzvlərinə və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbərinə hesabat ili üçün ödəniləcək ümumi bonus məbləği həmin şəxsin hesabat ilində aldığı əməkhaqqının 6 aylıq məbləğindən çox olmamalıdır.

Müşahidə Şurasının (Direktorlar Şurası) üzvlərinə hesabat ilində kollegial icra orqanının rəhbərinin və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbərinin əməkhaqqının 6 aylıq məbləğindən çox olmamaqla sabit bonus məbləği müəyyən edilir.

Hesabat ilinin bonus məbləği Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq ayırmalar həyata keçirilməklə növbəti ilin sonunadək birdəfəlik ödənilir.

Mühüm məqam: fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi keçirilməyən, fəaliyyətinin səmərəlilik əmsalının nəticəsi qeyri-kafi hesab olunan hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənilmir.

Qaydaya əsasən idarəetmə orqanlarının üzvlərinə hesablanan bonus məbləği borc vəsaiti və kredit hesabına ödənilə bilməz.

Hesabat ili ərzində idarəetmə orqanlarının üzvlərinə verilən bonusun məcmu məbləği növbəti ilin hesabatında qeyd olunmaqla ictimaiyyətə açıqlanır.

Tags: əmək haqqıбонус

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanda ən yüksək əmək haqqı verilən sahə hansıdır?
Azərbaycan

Azərbaycanda ən yüksək əmək haqqı verilən sahə hansıdır?

27/05/2019
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.