Cümə axşamı, Dekabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

AÇG üzrə yeni investisiya layihəsinə start verildi

20/04/2019
AÇG üzrə yeni investisiya layihəsinə start verildi
2
BAXIŞ
Share on FacebookShare on Twitter

AÇG Rəhbər Komitəsi 6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsini təsdiq edilib.

“Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) aprelin 19-da Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi-Şərqi” (AMŞ) layihəsini təsdiqləyib.

Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsinin başlanması elan edilib.

Gündəlik hasilat gücü 100 000 barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.

6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir. 

Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərizndə AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox əsaslı kapital xərcləri qoyulmuşdur.

Platformanın tikinti işləri cari ilin İV rübündə başlayacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bu gün biz 25 il əvvəl “Əsrin Müqaviləsi” ilə ölkənin rifahı naminə əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındayıq. Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirmişdir. Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni “Azəri Mərkəzi-Şərqi” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaratmışdır. 

Layihə çərçivəsində biz 3 milyard barreldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək”. 

Bu məsələ haqqında BP-nin baş icraçı direktoru Bob Dadli deyib: “Birgə fəaliyyətimizin ötən 25 ili ərzində bizim uğurlu tərəfdaşlığımız Azərbaycan xalqının dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirmişdir. AÇG-nin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək.” 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons əlavə olaraq, bildirdi: “Bugünkü bəyanat Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir.” 

MŞA layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək. 

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından AMŞ qurğularına nəql etmək məqsədi ilə AMŞ və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək. 

* AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: : BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).

FAKTLAR

• AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin 20 sentyabrında imzalanıb. 2017-ci ilin 14 sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu il dekabrın 31-dək uzadılıb.

• AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günə kimi yataqdan 3,5 milyard barrel (474 milyon ton) neft hasil olunmuşdur. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır. 

• Bu günə kimi AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dolları kapital qoyuluşu edilib.

• Hazırda AÇG-də 8 dəniz platforması – 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakıdan 40 km cənubda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngəçal multiterminalına (neft və qaz) ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 000 barrel olmuşdur.

• AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilir: 

– İlk Neft Layihəsi çərçivəsində 1997-ci ildən etibarən “Çıraq” yatağında neftin hasilatına başlanılıb; 

– “Azəri” yatağının işlənməsinin 1-ci mərhələsində 2005-ci ildə “Mərkəzi Azəri”də hasilat başlamışdır; 

– “Azəri-2” çərçivəsində 2006-cı ilin yanvar ayından “Qərbi Azəri”də, 2006-cı ilin oktyabrından etibarən isə “Şərqi Azəri”də hasilat başlanmışdır; 

– 3-cü mərhələdə “Günəşli” yatağının dərinsulu hissəsi 2008-ci ilin aprelində işə düşmüşdür; 

– “Çıraq” Neft Layihəsinin inkişafında ən son mərhələ – 2014-cü ilin yanvarından “Qərbi Çıraq”da hasilatın başlanması olmuşdur.

Tags: AÇGAzəri Mərkəzi-Şərqi layihəsi

Eyni kateqoriyadan Digər materiallar

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib
Azərbaycan

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib

18/02/2025
BP: платформы на Каспии не будут остановлены на ремонт в 2023г
Azərbaycan

BP ilin sonuna qədər AÇG-dən təbii qaz hasilatına başlamağı planlaşdırır

28/01/2025
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
2013-cü ildə AÇG blokunda neft hasilatı cəmi 0,5% azalıb
Azərbaycan

Norveç şirkəti AÇG və BTC layihələrini rəsmən tərk etdi

02/12/2024
“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?
Azərbaycan

“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?

22/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.