Çərşənbə, Sentyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlaması

06/03/2019
Azərbaycan Respublikası Dövlət Neft Fondunun  açıqlaması
17
BAXIŞ
Share on FacebookShare on Twitter

2018-ci ildə  Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manata bərabər olub.  2017-ci ildə bu göstərici  1 083,6 milyon manat təşkil edib. Yəni bir il ərzində 5,98 dəfə azalma qeydə alınıb. 

Bir sıra kütləvi informasiya vasitələrində investisiya idarəetmə sahəsində heç bir təcrübəyə malik olmayan, qlobal maliyyə bazarlarındakı son trendləri izləməyən və səhm bazarlarındakı mövcud vəziyyəti araşdırmayan, suveren fondların investisiya fəaliyyətinin necə reallaşdırıldığı, onların investisiya fəaliyyətlərinin nəticələri və ümumiyyətlə portfel idarə edilməsi sahəsində məlumatsız bəzi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARNDF) 2018-ci ilin yekunları üzrə göstəricilərinin açıqlanmasının gecikdirilməsi və buna səbəb olaraq Fondun vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində investisiya portfelinin gəlirliliyinin az olması barədə səsləndirilən əsassız fikirlər yer almaqdadır.

ARDNF bildirir ki,hər ilin sonunda ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi və auditi aparılır və bütün bu məlumatlar yalnız qeyd olunan proseslər yekunlaşdıqdan sonra açıqlana bilər. Eyni zamanda ARDNF-nin fəaliyyəti barədə Fondun İcraçı direktorunun müsahibə və çıxışları (AZƏRTAC, İTV) zamanı gəlirliliyin az olmasına birbaşa təsir edən amillər və bunun hansı səbəblərdən qaynaqlandığı barədə məlumatlar ictimaiyyətə açıqlanmışdır.

ARDNF gəlirliliyinə dair açıqlamasını bir daha təqdim edir:

2018-ci ilbeynəlxalq səhm bazarları üçün çox çətin il olmuşdur. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində qlobal səhm bazarlarında müsbət nəticələr əldə olunmasına baxmayaraq sonuncu rübdə dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınmışdır. Brexit ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi amillər də birbaşa səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərmişdir.

2018-ci ildə səhm bazarlarında yaşanan yüksək qiymət dəyişkənliyi mühiti və bu əsnada yaranan enmə trendi bir çox uzunmüddətli institusional investorlar (o cümlədən, aparıcı suveren ehtiyat fondlarının əksəriyyəti) üçün də təsirsiz ötüşməyib. Belə ki, investisiya portfelinin əhəmiyyətli hissəsinin səhm aktivlərinin təşkil etdiyi bu investorlar gəlirliliklərində aşağı və ya mənfi nəticələr əldə ediblər. Misal üçün 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi -6,1 faiz, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1 faiz və -2,18 faiz olub. Qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət əlbəttə ki, digər investorlar kimi ARDNF-in də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərib. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35 faiz olub.

Bir daha qeyd etmək istərdik ki, ARDNF-nin əsas missiyası neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsidir. Neft Fondunun investisiya portfelində səhm, daşınmaz əmlak, qızıl kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən qlobal investisiya portfelinin qurulmasıdır. Səhmlər də investisiya aktivi olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Şirkətlərdə sahiblik statusu verən, onların mənfəət artımını, eləcə də iqtisadi artım kimi önəmli komponentləri öz dəyərində əks etdirən səhm yatırımları uzunmüddətli dövr ərzində daha yüksək gəlirlilik vəd etməklə, investisiya portfelinin şaxələndirilməsində müstəsna rol oynayır. Səhmlərin portfeldə optimal həcmdə yer alması ARDNF-nin vəsaitlərinin real dəyərinin qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu da öz növbəsində, müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir.

Tags: ARNDFAzərbaycan Respublikası Dövlət Neft Fondu

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan

Neft Fondu neft-qaz sazişlərinin həyata keçirilməsindən əldə olunan gəlirlərini açıqlayıb

27/02/2020
“Azəri-Çıraq-Günəşli” üzrə bonusun 450 mln dollarlıq üçüncü hissəsi Neft Fonduna ödənilib
Azərbaycan

“Azəri-Çıraq-Günəşli” üzrə bonusun 450 mln dollarlıq üçüncü hissəsi Neft Fonduna ödənilib

17/02/2020
SOCAR Avstriyada yanacaqdoldurma məntəqələri şəbəkəsini aldı
Azərbaycan

Neft Fondu Yaxın Şərq ölkələrinin buraxdığı qiymətli kağızlara investisiyalar edib

18/10/2018
Neft Fondu AÇG və “Şahdəniz”-dən gələn gəlirləri açıqladı
Azərbaycan

Neft Fondunun bu il “Azəri-Çıraq-Günəşli” üzrə gəlirləri $5,6 mlrd. olub

14/08/2018
Azərbaycan

Neft Fondunun aktivləri 6,22% artaraq $38 mlrd.-ı keçib

17/07/2018
“Şahdəniz” layihəsi üzrə xarici sərmayəçilər Neft Fonduna əlavə bonus ödəyib
Azərbaycan

Dövlət Neft Fondu bu ilin birinci rübündə 4,4 mlrd. manatdan çox gəlir əldə edib

18/04/2018
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.