Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ ADA Universitetinin karyera həftəsində

05/03/2019
SOCAR AQŞ ADA Universitetinin karyera həftəsində
14
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR AQŞ ADA Universitetinin karyera həftəsinin sponsoru olub, karyera sərgisində iştirak edib

27 Fevral-1 Mart 2019-cu il tarixində SOCAR AQŞ ADA Universiteti tərəfindən təşkil olunmuş Karyera həftəsinin sponsoru olmuş və tədbir çərçivəsində keçirilən karyera sərgisində iştirak etmişdir.

Caspian Barrel-ə SOCAR AQŞ-dən verilən məlumata görə, ADA Universitetinin şəhərciyində keçirilən karyera həftəsinin məqsədi tələbələri gələcək iş həyatına hazırlamaqdı. Məhz buna görə, tədbirin ilk günü tələbələr peşəkar xülasənin (CV-nin) yazılması və iş müsahibələrinə hazırlıqla bağlı təlim və seminarlarda iştirak etmişlər.

Paralel olaraq tədbirin növbəti iki günü müxtəlif fakültələrdən olan yüzlərlə tələbə və məzunları, eləcə də neft-qaz, telekommunikasiya, bank və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən nüfuzlu yerli və beynəlxalq şirkətləri bir araya gətirən karyera sərgisi baş tutub. Tədbirin keçirilməsində məqsəd tələbələr üçün işəgötürənlərlə ünsiyyət qurmaq və karyera imkanları haqqında məlumatlanmaq fürsəti yaratmaq idi.

SOCAR AQŞ də ADA Universitetində keçirilmiş karyera sərgisinə qatılmışdır. Şirkətin ADA Universiteti ilə olan uzunmüddətli əməkdaşlıq münasibətlərini nəzərə alaraq, SOCAR AQŞ həm də tədbirin sponsorlarından olub.

Tədbirin açılış mərasimində iştirak edən ADA Universitetinin vitse-rektoru Fariz İsmayılzadə sərgidə iştirak edən şirkətləri salamlamış və bildirmişdir: “Bizim tədbirimizdə iştirak etdiyiniz və tələbələrə göstərdiyiniz diqqətə görə təşəkkür edirik. Məhz buna görə bizim məzunların işə qəbul olma reytinqi yüksəkdir. Biz sizə bunun üçün təşəkkür edirik.”

Tədbirin sponsorları universitet tərəfindən tədbirə göstərdikləri dəstəyə görə təltif edilmişlər.

Şirkət adından tədbirdə çıxış edən SOCAR AQŞ-nin Təşkilati inkişaf bölməsinin rəhbəri Mədinə Paşayeva mükafata görə universitetə təşəkkür etmiş və qeyd etmişdir: “Biz tədbirin təşkilində rol alan hər kəsə təşəkkkür edirik. ADA Universiteti yeni nəsil peşəkarların yetişdirilməsində önəmli rol oynayır. Biz fəxr edirik ki, şirkətimizdə universitetin 16 məzunu işləyir.”

İki gün davam edən tədbirdə şirkət təmsilçiləri yüzlərlə iştirakçı ilə ünsiyyət qurmuş və onları şirkətdə olan mövcud vakansiyalar və yay təcrübə proqramı ilə əlaqədar məlumatlandırmışlar. Tələbələr birinci və ikinci kurslarda təhsil alanlar üçün təcrübə proqramı və həmçinin təhsilini bitirdikdən sonra təcrübəçi qismində işləmək imkanları haqqında ətraflı məlumat əldə ediblər. Onlar təcrübə proqramının praktiki faydaları haqqında da məlumatlandırılıblar.

Qeyd edək ki, SOCAR AQŞ və ADA Universitetinin sıx əməkdaşlıq əlaqələri mövcuddur. Müəssisənin Baş direktoru Ramin İsayev ADA Biznes Məktəbinin Müşahidə şurasının üzvüdür.

SOCAR AQŞ inkişaf etməkdə olan müəssisə kimi yerli universitetlər, elmi-tədqiqat və sənaye assosiasiyaları ilə əməkdaşlıq etməyi, tələbə və məzunların müxtəlif işlərə cəlb olunmasını planlaşdırır.

Tags: ADAkaryera sərgisiSOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

Maraqlı Xəbərlər

SOCAR Türkiyənin cənub-şərqində 4 neft quyusu qazacaq

25/08/2023
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
Azərbaycan

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09/12/2021
Director of Large Drilling Company in Azerbaijan Replaced
Azərbaycan

SOCAR AQŞ MMC-yə yeni baş direktor təyin edilib – RƏSMİ

27/10/2020
“SOCAR-AQŞ”nin direktoru dəyişib
Azərbaycan

“SOCAR-AQŞ”nin direktoru dəyişib

27/10/2020
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Azərbaycan

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

22/09/2020
Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ
Azərbaycan

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

02/09/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.