Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Kayseri və Bursanı təbii qaz ilə təchiz edəcək

30/01/2019
SOCAR to buy assets of Germany’s EWE in Turkey
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyənin ən böyük xarici investoru olan SOCAR Almaniyanın EWE AG enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətləri satın aldığını bəyan edib.

SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Təbii qazın paylanması biznesi Türkiyədəki investisiya zəncirimizi tamamlayacaq, Azərbaycan və Türkiyəyə əlavə dəyər qazandıracaqdır”.

Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, genişmiqyaslı investisiya layihələri ilə regionun ən böyük istehsal güclərindən biri olmağı hədəfləyən SOCAR, “EWE Turkey Holding”ə daxil olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom şirkətlərini satın alıb.

Son 12 ildə Türkiyə bazarında təbii qaz təchizatını həyata keçirən SOCAR bu ildən etibarən Türkiyə ilə Azərbaycanın böyük müştərək layihəsi olan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) vasitəsilə əməliyyatlarını genişləndirir. “EWE Turkey” şirkətinin satın alınması təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq, SOCAR-ın son istehlak bazarına birbaşa çıxışını təmin edəcəkdir. Satın alma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq”, deyə SOCAR-ın açıqlamasında qeyd edilir. 

Təbii qaz paylanmasının Türkiyədəki investisiya zəncirini tamamlayacaq mühüm halqalardan biri olduğunu vurğulayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycanın qlobal brendi olan SOCAR 2013-cü ildən etibarən Türkiyə bazarında ildə 1,2 milyard kubmetr təbii qazın topdan satışını həyata keçirir. Ötən il istismara verilmiş TANAP boru kəmərimiz Azərbaycandan təbii qazın nəqli üçün daha da əlverişli şərait yaratmışdır. EWE şirkətinin Türkiyədəki aktivlərinin satın alınması ilə yaradılan sinerjilər Azərbaycan və Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə əlavə dəyər qazandıracaq. Beləliklə, SOCAR-ın Türkiyədə təbii qaz paylanma biznesinə daxil olması istehsal-nəql-paylanma zəncirinin bütün halqalarını tamamlayan və kommersiya baxımından olduqca əlverişli olan strateji bir addımdır. Buna görə qarşıdakı dövrdə bazarda mövcud digər imkanları dəyərləndirməyə davam edəcəyik”. 

Türkiyənin 4-cü böyük təbii qaz tədarükçüsü

2007-ci ildə Türkiyə bazarına daxil olan EWE Turkey Holding enerji, təbii qaz paylanması və telekommunikasiya sahələrində Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom vasitəsilə fəaliyyət göstərirdi. Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsü olan EWE Turkey Holding 2017-ci ilin sonuna qədər təxminən 2.4 milyard TL-lik dövriyyəyə nail olmuşdu.

Tags: EWE TurkeySocar Turkiye Enerji

Eyni kateqoriyadan Digər materiallar

SOCAR STAR zavodunun gücünü 11,5 milyon tona qədər artırmağı planlaşdırır
Maraqlı Xəbərlər

SOCAR STAR zavodunun gücünü 11,5 milyon tona qədər artırmağı planlaşdırır

02/12/2021
SOCAR-ın 2020-ci ildə dövlət büdcəsinin gəlirlərindəki payı məlum olub
Azərbaycan

SOCAR İzmirdə elektrik stansiyası tikəcək

22/01/2020
SOCAR Türkiyənin qaz bazarında payını 7%-dək artırmağı planlaşdırır
Azərbaycan

SOCAR Türkiyənin qaz bazarında payını 7%-dək artırmağı planlaşdırır

30/05/2019
SOCAR Türkiyədə 600-700 YDM-dən ibarət şəbəkə satın almağı planlaşdırır
Azərbaycan

SOCAR Türkiyədə 600-700 YDM-dən ibarət şəbəkə satın almağı planlaşdırır

08/02/2019
SOCAR купит турецкий актив APM Terminals
Azərbaycan

SOCAR “APM Terminal Liman”nın aktivlərini alacaq

17/10/2018
SOCAR Invests $12.6 Bn in Turkish Projects So Far
Maraqlı Xəbərlər

“Socar Turkiye Enerji” yeni lisenziya alıb

16/08/2017
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.