Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR AQŞ ADNSU-da karyera sərgisində iştirak edib

07/01/2019
SOCAR AQŞ ADNSU-da karyera sərgisində iştirak edib
10
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR AQŞ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təşkil olunmuş Karyera sərgisində iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd tələbələr üçün işəgötürənlərlə ünsiyyət qurmaq və karyera imkanları haqqında məlumatlanmaq fürsəti yaratmaq idi.

Caspian Barrel-ə SOCAR AQŞ-dən verilən məlumata əsasən, ADNSU-nun Karyera mərkəzinin açıqlamasına görə, tədbir müxtəlif fakültələrdən olan 3000-ə yaxın tələbə və məzunları, eləcə də neft-qaz, telekommunikasiya, bank və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən nüfuzlu yerli və beynəlxalq şirkətləri bir araya gətirmişdir.

SOCAR AQŞ də ADNSU-da keçirilmiş karyera sərgisinə qatılmışdır. Şirkət təmsilçiləri yüzlərlə iştirakçı ilə ünsiyyət qurmuş və onları şirkətdə olan mövcud vakansiyalar və yay təcrübə proqramı ilə əlaqədar məlumatlandırmışlar. Tələbələr birinci və ikinci kurslarda təhsil alanlar üçün təcrübə proqramı və həmçinin təhsilini bitirdikdən sonra təcrübəçi qismində işləmək imkanları haqqında ətraflı məlumat əldə ediblər. Onlar təcrübə proqramının praktiki faydaları haqqında da məlumatlandırılıblar.

Tədbir iştirakçıları arasında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Professor Mustafa Babanlı SOCAR AQŞ-nin kollektivinə universitetə ayırdıqları diqqətə görə təşəkkür etmiş və vurğulamışdır: “Biz Sizi daima öz tədbirlərimizdə görməyə şadıq. Sizin bizə göstərdiyiniz diqqətə və tələbələrimizin potensialına olan inamınız üçün sizə minnətdarıq. Ümid edirik ki, bu münasibətlər qarşıdakı illərdə də davam edəcək.”

Qeyd edək ki, SOCAR AQŞ inkişaf etməkdə olan müəssisə kimi yerli universitetlərlə əməkdaşlıq etməyi, tələbə və məzunların müxtəlif işlərə cəlb olunmasını planlaşdırır.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən təşkil olunmuş Karyera sərgisi 22 dekabr 2018-ci il tarixində keçirilmişdi.

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və  ‘’Bulla’’ yatağında  6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Bundan əlavə, 2018-ci ilin fevralında SOCAR AQŞ Banqladeşdə qaz yataqlarının kəşfi məqsədi ilə keçirilən qazma əməliyyatlarında tenderin qalibi olub. Tenderin nəticələrinə əsasən, SOCAR AQŞ 2 kəşfiyyat və 1 qiymətləndirmə quyularıının qazılmasını həyata keçirməlidir. Layihəsin icrasına 2018-cı ilin aprelindən start verilib.

Tags: SOCAR-AQS

Eyni kateqoriyadan Digər materiallar

Maraqlı Xəbərlər

SOCAR Türkiyənin cənub-şərqində 4 neft quyusu qazacaq

25/08/2023
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb
Azərbaycan

“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09/12/2021
Director of Large Drilling Company in Azerbaijan Replaced
Azərbaycan

SOCAR AQŞ MMC-yə yeni baş direktor təyin edilib – RƏSMİ

27/10/2020
“SOCAR-AQŞ”nin direktoru dəyişib
Azərbaycan

“SOCAR-AQŞ”nin direktoru dəyişib

27/10/2020
SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb
Azərbaycan

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

22/09/2020
Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ
Azərbaycan

Azərbaycanı tanıdan qazma şirkəti – SOCAR AQŞ

02/09/2020
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.