“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi üzrə podratçı şirkətlər 2013-2017-ci illərdə $10 mlrd. 752 mln. məbləğində sifariş yerinə yetiriblər.
Bu barədə “2017-ci ildə BP-nin Azərbaycanda davamlı inkişafı” adlı hesabatda deyilir.
“Göstərilən məbləğdən $4 mlrd. 925 mln. dəyərində sifariş birgə müəssisələr, $805 mln. dəyərində sifariş dövlət müəssisələri, $5 mlrd. 22 mln. dəyərində sifariş kiçik və orta müəssisələr tərəfindən yerinə yetirilib”, – sənəddə bildirilir.
2013-2017-ci illərdə BP şirkətinin və onun Azərbaycandakı tərəfdaşlarının sosial layihələrin həyata keçirilməsinə investisiyaları $20,3 mln., ümumilikdə ölkədə əməliyyatların başladığı dövrdən etibarən isə $78 mln. təşkil edib.