Çərşənbə, Sentyabr 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının gündəliyi açıqlanıb

30/10/2018
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının gündəliyi açıqlanıb
16
BAXIŞ
Share on FacebookShare on Twitter

Oktyabrın 31-də Astanada Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.

Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.

Həmçinin Hökumətlərarası Komissiyanın 2017-ci il dekabrın 7-də Bakıda keçirilmiş 14-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Eyni zamanda, 2017-ci ilin aprel ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından geniş istifadə ilə bağlı verilmiş tapşırıqlar əsasında hazırlanan və 2018-2020-ci illəri əhatə edən Strateji yol xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə ediləcək.

Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanacaq.

Tags: Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası KomissiyaAzərbaycanın energetika naziri Pərviz ŞahbazovQazaxıstanın energetika naziri Kanat Bozumbayev

Eyni kateqoriyadan Digər materiallar

Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
Azərbaycan

Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır

25/09/2018
Energetika naziri OPEC-in baş katibi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
Azərbaycan

Energetika naziri OPEC-in baş katibi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

24/09/2018
Ministry of Energy of Kazakhstan sums up results of 2017
Qazaxıstan

Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır

24/08/2018
Казахстан в 2017г добыл рекордные 86,2 млн тонн нефти
Qazaxıstan

Qazaxıstan neft hasilatını artıra bilər

20/07/2018
OPEC-in baş katibi Pərviz Şahbazovla görüşüb
Azərbaycan

OPEC-in baş katibi Pərviz Şahbazovla görüşüb

25/06/2018
Казахстан в 2017г добыл рекордные 86,2 млн тонн нефти
Qazaxıstan

Qazaxıstan neft hasilatını 25% artırmağı planlaşdırır

20/02/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.