Şənbə, Aprel 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rick Perry: ABŞ TAP boru kəməri layihəsini dəstəkləyir

14/09/2018
Rick Perry: ABŞ TAP boru kəməri layihəsini dəstəkləyir
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərini dəstəkləyir.

AZƏRTAC “The Washington Post”a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Rick Perry Moskvada Rusiyanın energetika naziri Aleksandr Novakla görüşü zamanı deyib.

“ABŞ avropalıların tək enerji təchizatçısından asılılığını minimuma endirmək arzusunu dəstəkləyir. Həmçinin ABŞ Azərbaycan kimi istehsalçılar da daxil olmaqla qazda artan rəqabəti dəstəkləyir”, – deyə Rick Perry əlavə edib.

Xatırladaq ki, iyunun sonlarında Vaşinqtonda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşdə ABŞ-ın enerji naziri Rick Perry Birləşmiş Ştatların Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin davam edəcəyini demişdi.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin 77,7 faizi çoxu icra edilib. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Tags: ABŞ-ın enerji naziri Rick PerryRusiyanın energetika naziri Aleksandr NovakThe Washington Post“Trans-Adriatik” (TAP) boru kəməri

Eyni kateqoriyadan Digər materiallar

Koronavirusun qlobal enerji bazarına təsiri qeyri-müəyyəndir
Rusiya

Koronavirusun qlobal enerji bazarına təsiri qeyri-müəyyəndir

11/02/2020
Добыча нефти в мире впервые достигла 100 млн баррелей в день
Rusiya

Rusiyalı nazir: Neftin qiyməti daha da arta bilər

03/10/2018
Rusiya və OPEC neft ehtiyatlarının ölçülməsi üsulunu müzakirə edəcək
Rusiya

Rusiyanın energetika naziri OPEC+i neft bazarında balansı qorumağa çağırıb

24/09/2018
Rusiya və OPEC neft ehtiyatlarının ölçülməsi üsulunu müzakirə edəcək
Rusiya

OPEC ilə Rusiya yeni təşkilat yaradacaq

23/07/2018
Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 mln barrel çox olacaq
Maraqlı Xəbərlər

Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 mln barrel çox olacaq

22/06/2018
Rusiya və OPEC neft ehtiyatlarının ölçülməsi üsulunu müzakirə edəcək
Rusiya

Rusiya mayda OPEC-lə neft hasilatının azaldılması üzrə sazişi 95% icra edib

04/06/2018
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.