Cümə, May 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 mln barrel çox olacaq

22/06/2018
Neft tələbatı ikinci rübdə birinci rübdəkindən gündəlik 2 mln barrel çox olacaq
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclası keçirilib.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da iştirak etdiyi iclasda çıxış edən Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Al Falih Vyananın çox tarixi bir həftəyə ev sahibliyi etdiyini deyib. Bildirib ki, JMMC həm istehsalçılar, həm də istehlakçıların xeyrinə bazar sabitliyini inkişaf etdirmək üçün mühüm nəticələr verən səylərini davam etdirir: “Müzakirələrimiz bazarda neft təklifinə dair çatışmazlığın yarandığı dövrə təsadüf edir və bu, son 5-7 ilin orta göstəricisindən aşağı düşən neft ehtiyatları fonunda baş verir. Əsas istehlakçı ölkələrin OPEC və tərəfdaşlarının qərar qəbul edərkən bu vacib amili nəzərə almaları üçün çağırışlar var”.

O qeyd edib ki, ötən yarım il ərzində üzv ölkələrin öhdəliyə sadiqliyi 100 faizdən çox olub və nəticədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ehtiyatları təxminən 370 milyon barrel azalıb. Bu ilin ikinci rübündə neft tələbatı birinci rüblə müqayisədə gündəlik 2 milyon barrel çox olacaq: “Son iki il ərzində ümumi tələbatın həcmi 3 milyon barreldən çox artıb, təklif isə gündəlik 2,8 milyon barrel azalıb. OPEC-in analizi göstərir ki, heç bir tədbir görmədiyimiz halda ilin ikinci yarısında tədarükün həcmi gündəlik 1,7 milyon barrel artacaq və OECD üzrə ehtiyatlar da daha 300 milyon barrel azalacaq. Bu, artan neft tələbatına mənfi təsir göstərə bilər. ABŞ-da şist nefti istehsalında əsas rol oynayan “Permian” boru kəmərləri infrastrukturu və resurs çatışmazlığı səbəbindən əhəmiyyətli dərəcədə aşağı təzyiqə məruz qalmaqdadır. Yəni, bu maneələr aradan qaldırılana qədər ABŞ-da şist neftinin istehsalının artması qarşıdakı iki il ərzində əhəmiyyətli dərəcədə yavaşlayacaq”.

Qeyd edək ki, Azərbaycanın energetika naziri OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına da qatılacaq.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

Tags: irgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Al FalihMəhəmməd Barkindoneft hasilatıNeftə tələbatOPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclasıRusiyanın energetika naziri Aleksandr Novak

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Нефтегазовые доходы бюджета РФ в январе—апреле выросли на 82%
Azərbaycan

Azərbaycan 11 ayda 26,5 mln ton neft hasil edib

11/12/2024
Азербайджан прогнозировал параметры госбюджета по различным ценам нефти
Azərbaycan

S&P 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının stabil olacağını proqnozlaşdırır

09/12/2024
ACE first production well spudded
Azərbaycan

İlin sonuna ACE platformasından gündəlik hasilat 24 min barelədək artacaq

17/04/2024
Azərbaycanda neft hasilatı (mln tonla)
İnfoqrafika

Azərbaycanda neft hasilatı (mln tonla)

16/02/2024
Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir
Azərbaycan

Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir

23/01/2024
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
Azərbaycan

“Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları” təsdiqlənib

09/04/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.