Çərşənbə, May 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“BP Azerbaijan” şirkəti xanım əməkdaşları üçün ilk ana otağı açıb

04/09/2018
“BP Azerbaijan” şirkəti xanım əməkdaşları üçün ilk ana otağı açıb
9
BAXIŞ
Share on FacebookShare on Twitter

“BP Azerbaijan” şirkətinin Xəzər mərkəzində BP və podratçı şirkətlərin xanım əməkdaşları üçün ilk ana otağının  açılışı olub.

mr opening.jpg

Bu haqda Caspian Barrel-ə şirkətdən məlumat veriblər.

Şirkətin Xəzər mərkəzinin 4-cü mərtəbəsindəki səliqəli, gözəl görünüşlü otaq bir vanna otağı deyil, körpələrini əmizdirən və onlara qulluq edən analar üçün nəzərdə tutulmuş xüsusi bir yerdir.

Bugünədək, analıq məzuniyyətindən qayıdan analar öz körpələrini yedizdirmək üçün südü vanna otaqlarında, ibadət yerində sıxmalı və ya bunu etmək üçün evə qayıtmalı olurdular. BP Azərbaycan şirkəti hamilə və analıq məzuniyyətindən qayıdan qadınlar üçün təhlükəsiz və etibarlı mühit yaratmaq təşəbbüsü irəli sürüb. Sözügedən fəaliyyət BP-nin dəyərlərinə də uyğundur və bir çox əməkdaş, o cümlədən inşaat xidmətləri, peşə sağlamlığı komandaları və BP-də işləyən xanımlardan ibarət layihə qrupu səhnə arxasında səylə işləyərək bu təşəbbüsün böyük uğur qazanmasını təmin edib.

AGT Regionu üzrə prezident Qəri Counz: “Bu, bütün əməkdaşlara hörmətlə yanaşmanın və iş mühitində özlərini təhlükəsiz hiss etmələrinin təmin edilməsinə yönəlmiş, BP dəyərlərimizə uyğun olan və region üçün böyük əhəmiyyət daşıyan bir nailiyyətdir. Ana Otağı BP və podratçı şirkətlərin hamilə olan və ya analıq məzuniyyətindən qayıdan əməkdaşları üçün nəzərdə tutulan xüsusi və təhlükəsiz bir yerdir. Bu gözəl təşəbbüsün reallaşdırılmasında iştirak etmiş hər bir kəsə təşəkkür edirəm!”

mother room opening.jpg“Qadın onu məmnun edəcək karyeraya nail olmaq üçün analığını heç zaman qurban vermək məcburiyyətində olmamalıdır. Ona görə də, bəli, biz bu mühüm addımı atdığımızdan çox qürur duyuruq,” layihə komandasının həmrəhbəri və eyni zamanda lay-kollektor və quyuların etibarlılığının təmin edilməsi üzrə aparıcı mütəxəssis olan Angeni Cayavikramaraca (Angeni Jayawickramarajah) belə deyir. “Bu, sadəcə bir otaq deyil. Bu, rəhbərliyin verdiyi vəd və üzərinə götürdüyü öhdəlikdir ki, hər bir əməkdaş iş mühitində özünü təhlükəsiz hiss etməli və hörmətlə qarşılanmalıdır.”

Peşə sağlamlığı qrupunun rəhbəri Elnur Mirzəzadə: “Ana Otağı hamilə olan və analıq məzuniyyətindən qayıdan əməkdaşlarımıza onların analıq ehtiyaclarının təmin edilməsinə kömək etməklə yanaşı, onların ümumi rifahının yaxşılaşmasına və məhsuldarlıqlarının artmasına şərait yaradacaq. Amma ən vacibi odur ki, həmin otaq analara öz körpələrinin sağlam böyüməsi və inkişaf etməsi üçün lazım olan qidalandırıcı maddələri təbii şəkildə təmin etmək üçün südlərini qoruyub saxlamağa və evlərinə aparmağa imkan verəcək.”

“Peşə sağlamlığı üzrə məsləhətçimiz Nailə Əliyevanın layihənin uğurla həyata keçirilməsinə verdiyi töhfəsini xüsusi vurğulamaq istərdim. O, proses ilə əlaqədar sənədlərin işlənib hazırlanmasında yaxından iştirak edib və ümumi tərtibat dəstəyi verib.”

Ana Otağı peşə sağlamlığı şöbəsi vasitəsilə idarə olunacaq. Hamilə olan və ya analıq məzuniyyətindən qayıdan həmkarlarımız artıq həmin şöbədə qeydiyyatdan keçərək sözügedən otaqdan istifadə edə bilərlər.

Tags: ana otağıBP Azerbaijan

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.